XİN: Azərbaycan dost Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təşəbbüsünü dəstəkləyir
Gündəm

XİN: Azərbaycan dost Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təşəbbüsünü dəstəkləyir

Azərbaycan Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təşəbbüsünü dəstəkləyir.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımında qeyd olunub.

Paylaşımda bildirilib: “İnanırıq ki, çempionat Səudiyyə Ərəbistanında dünya səviyyəli turnir olacaq. Çünki bu dost ölkə çoxsaylı turnirlərə ev sahibliyi edib və futbola köklü həvəsi var”.

Xatırladaq ki, oktyabrın 4-də Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün təklif verəcəyini açıqlayıb.