Xilasedicilər dərhal hadisə yerinə çağırılıb
Digər xəbərlər

Xilasedicilər dərhal hadisə yerinə çağırılıb

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində “Qızlar bulağı” adlanan ərazidə 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 7 iyun FHN Mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2003-cü il təvəllüdlü vətəndaş dərinliyi təqribən 5-6 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər zərərçəkmişə ilkin yardım göstərərək xüsusi xilasetmə vasitələri ilə dərədən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.

“Respublika”.