Xidmət rəisi Şəmkirdə vətəndaşları qəbul edib
Sosial həyat

Xidmət rəisi Şəmkirdə vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov iyunun 23-də Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib. 23 iyun SHXÇDX-nin məlumatında bildirilir.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Qəbulda 21 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının təkrar tibbi şəhadətləndirilməsi, Vətən müharibəsində şəxsi nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi, şəhid adının əbədiləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlər qanunvericiliyə uyğun olaraq həll edilməsi məqsədilə qeydiyyata alınıb və müvafiq tapşırıqlar verilib.

“Respublika”.