Xarici səyyah: Aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini görmək həqiqətən də sevindiricidir
MÜSAHİBƏLƏR

Xarici səyyah: Aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini görmək həqiqətən də sevindiricidir

Ölkənizi ziyarət etməkdən məmnunam. Biz dünən Kəlbəcər rayonunda olduq, bir daha gördük ki, Azərbaycan çox zəngin ölkədir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında azad olunan torpaqlara səfər edən xarici səyyahlar qrupunun üzvü Mg Jubinal deyib.

"Bu torpaqlarda (azad olunan ərazilərdə - red.) Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini görmək həqiqətən sevindiricidir. Şuşanı, onun tarixi abidələrini, ümumiyyətlə burada aparılan işləri görmək məni çox sevindirir", - deyə o əlavə edib.