Ümumrespublika təmizlik aksiyaları davam edir
Sosial həyat

Ümumrespublika təmizlik aksiyaları davam edir

Bu gün Xəzər dənizinin Hövsan, Giləzi sahillərində, Hacıqabul gölünün Şirvan şəhəri ərazisindən keçən hissəsində, Köndələnçay sahillərində təmizlik aksiyaları keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Respublika”ya bildirilib.

Nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının əməkdaşlarının, sakinlərin, könüllülərin, tərəfdaş qurumların iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 2 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.

Nazirlik hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa, əraziləri çirkləndirmədən, təmiz istifadə etmək vərdişinə yiyələnməyə çağırıb.