Ulu Öndərin ideyalarına  sadiqlik nümunəsi
Siyasət

Ulu Öndərin ideyalarına  sadiqlik nümunəsi

15 iyun 1993- il tarixdə xalqımızın təkidli xahişi ilə Azərbaycanda növbəti dəfə siyasi hakimiyyətə qayıdan dünyaşöhrətli nəhəng siyasətçi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sürətlə qüdrətlənən ölkəmizdə digər sahələrdə, o cümlədən hüquq sahəsində əsaslı islahatların aparılmasına rəvac verdi.

Müstəqilliyin bərpasının ilk illərində ictimai münasibətlərin əhəmiyyətli dərəcədə dəyişməsi yeni qanunların qəbul edilməsini zəruri etsə , bu prosesin qısa bir zamanda ələlxüsus da, əlverişsiz ictimai-siyasi bir şəraitdə baş tutması mümkün deyildi. Müvəqqəti olaraq əvvəlki qanunlardan istifadə edilməsinə zərurət yarandığından, 18 oktyabr 1991-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının 4- maddəsində müvafiq qanunlar qəbul edilənədək keçmiş SSRİ qanunlarının respublikanın suverenliyinə ərazi bütövlüyünə zidd olmayan həddə Azərbaycan Respublikasında qüvvəsini saxlamasına dair müddəalar təsbit edilmişdir. Müstəqil Azərbaycanda demokratik, hüquqi dünyəvi dövlət quruculuğu, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyanın qəbul edilməsi hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik bazasının müasir tələblərə beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, yeni idarəetmə üsullarının bərqərar olması müvafiq dövlət orqanlarının, o cümlədən prokurorluğun dövrün tələbatına uyğun formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün olmuşdur. Ulu öndərin 9 avqust 1994- il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərmanı bu sahədə reallaşdırılan islahatlarda müstəsna əhəmiyyət kəsb etmişdir. Bu istiqamətdə səmərəli fəaliyyət, o cümlədən qeyd olunan fərmanın uğurlu icrası hüquq-mühafizə orqanlarının cinayətkar təzahürlərə, xüsusən mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunması "cəzanın labüdlüyü" prinsipinin reallaşması ilə nəticələnmişdir. Vurğulanmalıdır ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar ümumbəşəri prinsiplər əsasında hazırlanmasına ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə təşəbbüsü rəhbərliyi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoymuşdur. Ardınca ulu öndər Heydər Əliyevin təşəbbüsü şəxsi nəzarəti ilə aparılan islahatların hüquqi bazasının yaradılması, insan hüquq azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya sazişlərə qoşuldu, qanunvericilik, icra məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirildi. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996- il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən bəhrələnərək xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla xeyli mühüm işlər gördü. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların əhəmiyyətini daha da artırdı.

Hər kəsə məlumdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən qurulmuş, onun dövlətçiliyə xalqa sədaqəti ilə seçilən peşəkar kadr korpusu formalaşdırılmış prokurorluq orqanları dövlətin mühüm sütunlarından birinə çevrilmişdir. Bununla da Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları da müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun layiqli yerini tapmışdır. Ulu öndərin prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərkən dediyi dəyərli kəlamları xatırlamaq yerinə düşərdi: "...Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək qarşıda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir...".

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların əsası onun hüquqi bazasının təməli ulu öndərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə qoyulmuş ali qanunda ilk dəfə olaraq cinayət mühakimə icraatında mühüm funksiyaları yerinə yetirməsi nəzərə alınmaqla ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, onun statusu, təşkili fəaliyyət prinsipləri, səlahiyyət dairəsi vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş ilk Konstitusiyasına prokurorluqla bağlı 133- maddə daxil edilmiş, prokurorluğun cəmiyyətdəki yeri funksiyaları konkret müəyyən olunmuşdur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 133- maddəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada hallarda qanunların icra tətbiq olunmasına nəzarət edir, cinayət işləri başlayır istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu qarşıda duran bu ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanunçuluğun insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Ardınca beynəlxalq hüquq normalarına demokratik prinsiplərə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" qanunlarının digər hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə uyğun beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir. Ölkədə aparılan hüquqi islahatların nəticəsi kimi, 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə dövlətdə cəmiyyətdə prokurorluğun rolunu daha da artırmışdır. Ümummilli liderimizin dövlətçiliyimizin sütunlarından biri adlandırdığı prokurorluğa diqqət qayğısı dəstəyi, eyni zamanda tələbkarlığı nəticəsində prokurorluq orqanları inamla prinsipial mövqelərini qorumuş, öz potensialını tam həcmdə reallaşdıra bilmişdir.

Ulu öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran yeni müstəvidə inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın rifahının hərtərəfli yaxşılaşdırılmasına, eləcə insan hüquqlarının azadlıqlarının qorunmasına yönələn müdrik siyasəti öz bəhrəsini verməkdədir. Ölkəmizdə aparılan mükəmməl siyasət, ardıcıl sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan daha da güclənmiş, beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiqli yerini tutmuşdur. Sevindirici qürurvericidir ki, bu gün dövlətimiz hərtərəfli inkişaf yolundadır. Azərbaycan Cənubi Qafqazda öz liderlik mövqeyini ləyaqətlə qoruyub saxlayır. Yeri gəlmişkən vurğulanmalıdır ki, dövlətimizin qüdrətlənməsində əldə edilən nailiyyətlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin mühüm rolu xüsusi əhəmiyyəti olmuşdur.

Dövlət başçısı cənab İlham Əliyevin mütəmadi olaraq verdiyi səmərəli tövsiyələr dəyərli göstərişlər əsasında müasir tələblərə uyğun yüksək intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa digər qanun pozuntularına qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur. Həyata keçirilən mühüm islahatlar, görülən nəhəng işlər sayəsində təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur mahiyyət baxımından tamamilə yenidən qurularaq yüksək nəzəri bilikli peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevrilmişdir. Qeyd olunmalıdır ki, prokurorluq əməkdaşları öz xidməti vəzifələrini tam məsuliyyətlə, vicdanla peşəkarlıqla yerinə yetirməklə yanaşı, cəmiyyətdə yüksək insanlıq əsl vətəndaşlıq nümunəsi göstərirlər. Cinayət hadisələri üzrə istintaqın aparılmasında, cinayətkarların müəyyən edilib məsuliyyətə cəlb olunmasında layiq olduqları cəzalara məhkum edilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidmətləri danılmazdır. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Prokurorluğu əməkdaşlarının müstəqil dövlətimiz xalqımız qarşısındakı xidmətlərinə, dövlətçiliyin qorunmasındakı, sabitliyin təmin edilməsindəki, mürəkkəb çoxepizodlu cinayət işlərinin, eləcə xüsusi təhlükəli dövləti cinayətlərin istintaqının yüksək peşəkarlıqla aparılmasındakı fəaliyyətlərinə cənab Prezident İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymət verilmiş, orden medallarla təltif edilmişlər.

Göründüyü kimi, ümummilli liderin hakimiyyətə qayıdışından bu günədək prokurorluğa olan dövlət qayğısı hər zaman hiss edilmiş, bu da prokurorluq işçilərini həvəsləndirməklə bərabər, onların xidməti vəzifələrinin icrası zamanı daha məsuliyyətli olmaları ilə nəticələnmişdir. Prokurorluq əməkdaşları ulu öndər Heydər Əliyevin dəyərli tövsiyələrini hər zaman fəaliyyətlərində rəhbər tutacaq böyük tarixi şəxsiyyətin ölməz ideyalarına daim sadiq qalacaqlar.

Bəhruz ƏHMƏDOV,

Azərbaycan Respublikası Hərbi

Prokurorluğunun İstintaq İdarəsinin rəisi,

ədliyyə polkovniki.