Tarixiliklə müasirliyin vəhdətində bərpa-quruculuq
Siyasət

Tarixiliklə müasirliyin vəhdətində bərpa-quruculuq

Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr sabaha inamımızı daha da artırır

Azərbaycanın şanlı ordusu Ali Baş Komandanın sayəsində qələbə qazandıq. Artıq Qarabağ həsrətimiz bitdi. Biz Qarabağda həyatı yenidən canlandıracağıq. Azərbaycan xalqı uzun illərdir ki, bu anı gözləyirdi. Artıq hər kəs öz doğma torpağına qovuşacaq. Hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirmək, Böyük Qayıdış Proqramının icrasını uğurla başa çatdırmaqdır. Bu baxımdan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Sahibinə qovuşan torpaqlarımızda yeni həyat başlayır. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın ailə üzvlərinin bu günlərdə Qarabağa səfərləri mühüm məqamlarla, həmçinin işğalçı Ermənistana ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla yadda qaldı.

"Mən mayın 2-dən bu günə qədər Qarabağ Şərqi Zəngəzurdayam. Bu günə qədər Qarabağ Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir". Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı vurğulayıb ki, on günə yaxın Qarabağ Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.

Prezident İlham Əliyevin mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paytaxt Bakıdan deyil, qədim Şuşadan xalqa müraciət etməsi böyük məna kəsb edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Şuşa Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbənin tacıdır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı Zəngəzuru azad görmək idi. 2020-ci ilin sentyabr-noyabr aylarında şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm Zəfərlə Ümummilli Liderimizin bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının ən böyük arzusunu çin etdi.

Ölkə başçısı bildirib ki, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim ürəyimdə dedim ki: "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!". Bu gün isə işğaldan azad olmuş torpaqlarımız sürətlə yenidən qurulur, dirçəlir. Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Qələbəmizdən sonra Şuşa inkişaf edir, gözəlləşir. Çünki Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma təmir işlərinə başlanılması ilə bağlı tədbirdə Xurşidbanu Natəvan, Zəfər, Dəmir Yumruq küçəsinin, Qarabağ Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin, Yuxarı Gövhər Ağa məscidinin, Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak ediblər.

Qarabağın ürəyi olan Şuşanın azad edilməsi şanlı qələbəmizin rəmzidir. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq cəsarət tələb edirdi. Bunu Azərbaycanın şanlı ordusu bacardı gücünü bir daha bütün dünyaya sübut etdi. Artıq Qarabağın tacı olan Şuşa şəhərinə yol açılıb. Bu isə Azərbaycan üçün əlamətdar hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qayıtmasının rəmzi oldu. Qələbə günündən 8 gün Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkildi. Eyni zamanda bu yol işğaldan azad edilmiş ərazilər üzərində aparılan birinci layihə idi. Qarabağ Şərqi Zəngəzur torpaqlarının erməni işğalçılarından azad edilməsi ilə ərazidə yenidənqurma quruculuq işləri sürətlə davam etdirilir. Ağdamın Cümə, Qiyaslı Şuşanın Yuxarı Gövhər Ağa Aşağı Gövhər Ağa, Saatlı məscidlərində bərpa işləri həyata keçirilir. Şuşa şəhərinin sovetlər dövründə inşa olunmuş "Qarabağ" hoteli, Bülbülün ev-muzeyi büstü, Molla Pənah Vaqifin məqbərəsi bərpa olunub. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bülbülün ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Şəhərdə "Xarıbülbül" hoteli istifadəyə verilib, yeni hotelin muzey mərkəzinin təməli qoyulub. Bərpa işlərinin aparılmasında Heydər Əliyev Fondunun yaxından dəstəyi olub. Davamlı olaraq digər şəhər kəndlərdə dini tikililərin bərpası aparılıb. Tərtər, Bərdə, Füzuli s. şəhərlərdə ziyan dəymiş yaşayış evləri bərpa olunur ya yenidən tikilir. Qarabağın yenidən qurulması zamanı mədəni-tarixi abidələrin özünəməxsusluğu qorunub saxlanılır. Həmçinin yüksək standartlı, yeni kənd qəsəbələrin yaradılması qarşıya məqsəd qoyulub.

Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət dinamizmlə aparılır. Zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya cəlbedici turizm zonasına çevrilir. Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə qeyri-neft sektoruna yeni yerli xarici investisiyaların cəlb olunmasına əsaslı zəmin yaradır. Görülmüş işlər dövlətimizin, xalqımızın böyük potensialının olduğunun göstəricisidir. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyat vermək insanları doğma yerlərinə  qaytarmaq böyük potensialdan xəbər verir.

Bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq bərpa işlərinin daha operativ effektiv şəkildə davam etdirilməsini təmin edir. Prezident azad olunan ərazilərdə aparılan işlərlə bağlı bütün prosesləri ən xırda detallarına qədər nəzarətdə saxlayır. Ölkə başçısı getdiyi rayonlarda bir sıra tədbirlərdə iştirak edərək regionda planlaşdırılan böyük layihələrlə bağlı işlərin gedişatını izləyir, müvafiq tapşırıqlarını verir, eyni zamanda Ermənistanda revanş xəyalında olanlara "dəmir yumruğ"un yerində olduğunu xatırladır. Biz heç vaxt bu işğalı erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq 1990- illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq.

Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç söz xatirinə söyləməyib. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Azərbaycan dövləti qısa müddət ərzində bütün rayonlarımızı yenidən qurmaq, bərpa etmək gücündədir. Ali Baş Komandanın qeyd etdiyi kimi, "necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23- Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik".

Mustafa KAMAL,

"Respublika".