Türkiyədə TÜRKPA-nın 12-ci plenar iclası keçirilib
Siyasət

Türkiyədə TÜRKPA-nın 12-ci plenar iclası keçirilib

Aprelin 28- TÜRKPA-nın "Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq" mövzusunda keçirilən 12-ci plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edib.

Milli Məclisin sədri, bu iclasın əməkdaşlığın birgə fəaliyyətin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

Bildirilib ki, qardaş ölkələrimiz arasında ikitərəfli çoxtərəfli əlaqələrin gündən-günə inkişaf etməsi genişlənməsi məmnunluq doğurur. Qardaş Türkiyədə çoxsaylı insan tələfatına dağıntılara səbəb olan zəlzələlərə toxunan S.Qafarova təbii fəlakətin fəsadlarının aradan qaldırılması dövründə atılan birgə addımların dövlətlərimizin ağır günlərdə həmrəyliyini təsdiqlədi.

Ölkələrimizin məsuliyyətli davranışları, irəli sürdüyü təşəbbüslər, onların qarşılıqlı əməkdaşlığı regionumuzda daha geniş məkanda mühüm təhlükəsizlik, sabitlik rifah amilinə çevrilib", - deyən parlamentin sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Taxıl dəhlizi" təşəbbüsünü beynəlxalq ərzaq böhranının qarşısını alan mühüm amil kimi dəyərləndirib.

S.Qafarova regionda nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülmüş işlərdən danışıb.

Parlamentin sədri tədbir iştirakçılarına, həmçinin Cənubi Qafqaz regionunda gedən proseslər haqqında məlumat verib.

Milli Məclisin sədri bir daha diqqətə çatdırıb ki, Ermənistan tərəfindən basdırılmış 1 milyondan artıq mina hələ görülən işlərə ciddi maneə törətməkdədir. İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 300-ə yaxın vətəndaşımız həlak olub yaralanıb. O bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülh sabitliyin təmin edilməsi üzrə səylərini davam etdirir.

Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin təsis olunmasına toxunan S.Qafarova deyib ki, bu, Azərbaycanın öz suveren ərazisinə münasibətdə qəbul etdiyi, bütün beynəlxalq hüquq prinsiplərinə normalara uyğun legitim qərarıdır.

Sahibə Qafarova, həmçinin TÜRKPA-ya üzv ölkələr arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq qurumlarının rolu barədə fikirlərini bölüşüb.

TÜRKPA-nın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təkliflərini səsləndirən Milli Məclisin sədri birgə tədbirlərin qarşılıqlı səfərlərin sayının artırılmasının, bu çərçivədə milli qanunvericiliklərin yaxınlaşdırılması model qanunların işlənməsi məsələlərinin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.

Sonda bu il ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğunu söyləyən S.Qafarova Milli Məclisin bu yubileyə həsr olunmuş xüsusi iclasının keçiriləcəyini bildirib həmkarlarını iclasda iştiraka dəvət edib.