Türk dünyasının turizm paytaxtı
Mədəniyyət

Türk dünyasının turizm paytaxtı

Dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşən, Pirdireyi Qız qalası dağları ilə əhatə olunan bu şəhər ta yaranışından insanları cazibəsinə çəkən sirlərlə doludur. "Övliyalar şəhəri" mənəvi ruhi zənginlik prizmasından baxanda da dünyada bənzəri az-az görünür. Elə yalnız Kələxana kəndinə yol almaq kifayətdir ki, bu möcüzənin şahidi olasınız. Müxtəlif ölçülü türbələr qarşında sirli mənzərə kimi açılacaq kənddə bir vaxtlar 7 övliyanın yaşadığı haqqında rəvayətlər bu gün insanlar arasında dolaşmaqdadır. Bu türbələr elə onların nişanələridir.

Belə abidələrdən biri Göylər kəndində yerləşən Pir Mərdəkan Xanəgahıdır. Türbə XIII-XV əsrlərdə tiklib. Deyilənə görə, bu türbədə müqəddəs övliyalardan olan Seyid Mərdəkani dəfn edilib.

Seyid İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarı, M.Ə.Sabirin "Yeddi günbəz" qəbiristanlığındakı məqbərəsi, S.Ə.Şirvaninin "Şahxəndan" qəbiristanlığındakı məzarı qəbirüstü abidəsi hələ tarixin "yolçuluğunda"olmaqla turistlərə çox mətləblərdən "söz aça" bilər.

Şamaxıda şəhərin tarixi haqqında ətraflı məlumat verən, zəngin ekspozisiyası olan Tarix-Diyarşünaslıq Muzeyi mövcuddur. M.Ə.Sabirin Ev-Muzeyi, Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası da qonaqların maraqlarına səbəb ola biləcək məkanlardır.

XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VIII-XV əsrlərə aid Gülüstan qalası ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) onları görənlərin yaddaşında unudulmaz səhifələrə çevrilir.

Narın Qala, Gülüstan Buğurd qalalarının qalıqları... Bu maddi-mədəniyyət abidələrinin hamısı Azərbaycan insanının yaratdığı gələcək nəsillərə əmanət etdiyi "daş məktublar"dır.

2013- ilin may ayında Qafqazın ən qədim müsəlman məbədi olan (VIII əsr) Şamaxı Cümə Məscidinin yenidənqurmadan sonra istifadəyə verilməsi, Şamaxı-Avaxıl yolunun yenidən qurulması da Şamaxıya turist axınına səbəb olacaq faktorlar sırasındadır.

Şamaxı rayonunda turistlərin marağına səbəb ola biləcək çoxlu sayda sənətkarlıq nümunələri vardır. Burada istehsal olunan ipəklər daim məşhur olmuşdur. Orta əsrlərdən başlayaraq Təbriz Şamaxı xam ipək toxuculuğunun başlıca mərkəzləri kimi tanınmışdır. Digər sənət sahələrindən dabbaqlıq, misgərlik, dulusçuluq, dərzilik, zərgərlik, ağacişləmə, oyma sənəti, dəmirçilik s. Şamaxıda yüksək səviyyədə inkişaf etmişdir. Bu sənətkarların yaratdıqları əl işləri suvenir kimi turistlərin ən çox sevdikləri hədiyyə olur.

Özünəməxsus mülayim iqlimi bu yerləri ilin bütün fəsillərində turistlər üçün əlçatan arzulanan məkan edir. Şamaxıda yay qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə diqqət artırılıb.

Mərkəzdən 12 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır aprelə qədər qalır. Bu da turizm idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz quru havası var. Şamaxı bənzərsiz bulaqları ilə məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Naxaraxana yaxınlığındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqların suyu müalicəvi əhəmiyyəti ilə seçilir.

Rayon ərazisində bir neçə yerdə turistləri maraqlandıran palçıq vulkanlarına rast gəlmək olur. Bunlardan ən böyüyü Şamaxı-Dəmirçi yolunun 30-31-ci kilometrliyində yerləşir. Şamaxı-Çağan yolunun sonunda Ağsuçayın yatağında temperatur 38-390 C olan termal Çağan Bədosu yerləşir. Yüksək mineral tərkibli bu su müalicəvi xüsusiyyətlərə malikdir.

Şamaxı rayonu beynəlxalq ölkə standartlarına cavab verən turist xidmət göstəricilərinə, yerli xarici qonaqları qəbul etmək imkanına malikdir. Rayon ərazisində 21 mehmanxana bu tipli obyekt mövcuddur. Onlardan 5-i mehmanxana, 16- müxtəlif istirahət mərkəzidir. Bundan əlavə, Şamaxıya gələn qonaqlar kənd turizmindən yararlana bilərlər. Eyni zamanda, hazırda rayon ərazisində otel, mehmanxana digər istirahət mərkəzləri tikilməkdədir.

Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilir. Elə buna görə müasir qədim Şamaxı, sanki yan-yana "addımlayır".

2023- il Türk dövlətlərinin turizm paytaxtı seçilən Şamaxı, beləcə, zamanın sonsuzluq karvanında öz möcüzələri ilə yoluna davam edir hər zaman qonaqlarını mehribanlıqla qarşılayır

Könül MƏMMƏDOVA,

Şamaxıda çıxan "Şirvan" qəzetinin baş redaktoru,

"Tərəqqi" medallı.