Tibb işçiləri mükafatlandırılıb
Bölgələr

Tibb işçiləri mükafatlandırılıb

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində tibb işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, qonaqlar və tibb işçiləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri düzüblər.

Rayon Mərkəzi Xəstəxanası PHŞ-də davam etdirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan danışaraq qeyd edib ki, son illər tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda tibb işçilərinin peşə bayramı münasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə təşəkkürnamə və fəxri fərmanlar təqdim olunub.

M.NƏRİMANOĞLU,

“Respublika”.