Tərtərdə
Region

Tərtərdə "Heydər Əliyev İli" elmi-praktiki konfransı

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100  illik yubileyi münasibətilə "Heydər Əliyev İli" çərçivəsində əslən Tərtər rayonundan olan görkəmli ziyalıların elm xadimlərinin iştirakıyla "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsini  Şəhidlər Abidə-Kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq  abidələrin önünə gül dəstələri düzüblər.

Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov, Xalq şairi Vahid Əziz başqaları, eləcə idarə, müəssisə təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, mətbuat rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları ya etnik xalqları deyil, eyni zamanda harada yaşamasından hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların qeyri-azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir.

Milli Məclisin deputatı Sahib Alıyev "Heydər Əliyev Azərbaycan Parlamenti", akademik Vaqif Abbasov "Heydər Əliyev neft strategiyası", Xalq şairi Vahid Əziz "Heydər Əliyev Azərbaycan ədəbiyyatı", ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl "Heydər Əliyev - Türk məfkurəsi Azərbaycanın təhlükəsizliyi" mövzularında çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.

Vəli VƏLİYEV,

"Respublika".