Terror aktı nəticəsində həlak olan polis əməkdaşları Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub
Gündəm

Terror aktı nəticəsində həlak olan polis əməkdaşları Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub

Erməni separatçılarının mina terroru nəticəsində həlak olan polis əməkdaşları Asim Knyaz oğlu Camalzadə və Ramil Arif oğlu Şirinov Sumqayıtdakı Şəhidər Xiyabanında torpağa tapşırılıb. 

"Respublika" xəbər verir ki, dəfn mərasimlərində Daxili İşlər Nazirliyinin əməkdaları, Sumqayıt Şəhər İcra Hakimiyyəti rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Yaylım atəşindən sonra şəhid polislərin nəşi torpağa tapşırılıb. 

Ramil Şirinovun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı dayısına, Asim Camalzadənin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı isə atasına təqdim olunub.