Tayib Bakuş: Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışı çox konstruktiv idi
MÜSAHİBƏLƏR

Tayib Bakuş: Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışı çox konstruktiv idi

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü dünyanın çox həssas bir dövründə keçirilir. Bu cür tədbirlər ölkələr arasındakı əməkdaşlığı, inteqrasiyanı daha da artıracaq, onları dünyanın üzləşdiyi çağırışlara cavab verməyə hazırlayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ərəb Məğribi İttifaqının Baş katibi Tayib Bakuş jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin nazirlər görüşündəki çıxışı çox konstruktiv idi. “Azərbaycan Prezidenti ölkələrin müstəmləkə siyasətindən və onun acı nəticələrindən bəhs etdi. O, həmin ölkələri etdikləri səhv hərəkətləri etiraf etməyə çağırdı. Bu, olduqca təqdirəlayiqdir”.