“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda silsilə müşavirələr keçirilib
Digər xəbərlər

“Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda silsilə müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Sumqayıt Regional Mərkəzi ilə birgə Sumqayıt şəhərində, Cənub Regional Mərkəzi ilə isə Lənkəran və Astara rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib. 14 FHN-nin məlumatında bildirilir.

Müşavirələrdə müvafiq olaraq şəhər və rayon icra hakimiyyətlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.

Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.

“Respublika”.