Son sutkada COVID-19 infeksiyasına 31 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada COVID-19 infeksiyasına 31 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 31 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 884 nəfər müalicə olunaraq sağalıb, 10 min 97 nəfər vəfat edib. Aktiv xəstə sayı 156 nəfərdir. Koronavirusdan bugünkü ölüm halı bir nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1830, indiyə qədər isə ümumilikdə 7 milyon 500 min 674 test icra olunub.                                                                

 

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 310 doza vaksin vurulub

Fevralın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 310 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 65, ikinci doza vaksinlərin sayı 125, üç və daha çox doza vaksinlərin sayı 110, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 10-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 944 min 476, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 873, ikinci mərhələ üzrə 4 milyon 877 min 558, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 685, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 360-dır.