“SOCAR Türkiyə
Digər xəbərlər

“SOCAR Türkiyə"nin fəaliyyəti və perspektivləri

''SOCAR Türkiyə''  2008-ci ildə "Petkim"in səhmlərinin 51 faizini satın aldıqdan sonra Türkiyədə kommersiya fəaliyyətinə başlayıb. Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer   plastik zavodları fəaliyyət göstərir.

"SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov  Türkiyənin İzmir şəhərində Azərbaycanın media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib ki, "SOCAR Türkiyə" qrupuna daxil olan şirkətlərin fəaliyyət sahəsinə, xam neft təbii qazın idxalı, topdan pərakəndə satışı, təbii qazın paylanması, neft-kimya məhsullarının istehsalı satışı daxildir. Müasir dövrdə sərmayə yatırılması o qədər çətin məsələ deyil. İstənilən biznes qrupu səmərəli hesab etdiyi sahəyə sərmayə yatıra bilər. Lakin bu sərmayənin qədər səmərəli gəlir gətirən olacağını hesablayıb düzgün qərarlar vermək olduqca çətindir. "SOCAR Türkiyə" şirkəti bu baxımdan çox uğurlu seçim edərək Türkiyənin Əliağa bölgəsinə sərmayə yatıraraq biznesini qazanclı etməyi bacardı. Belə ki, "SOCAR Türkiyə" Türkiyədə rəqəmsallaşmaya 71 milyon dollar sərmayə yatırıb. Qlobal iqtisadiyyatda rəqəmsal tətbiqlər olduqca səmərəlidir. Şirkətin qurduğu internet provayderi idarəetmədə mühüm amillərdən biridir. "SOCAR Türkiyə" şirkətlər qrupuna daxil olan "SOCAR-Fiber" İzmir Əliağa bölgəsində fəaliyyət göstərir, ev ofisləri sürətli internetlə təmin edir. Şirkət əməkdaşların, ilk növbədə informasiya texnologiyalarını mənimsəmələrinə diqqətlə yanaşır. İndiyədək Azərbaycandan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə, 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib. Bu həcmlərin 23,3 milyard kubmetri Avropaya, 21,5 milyard kubmetri isə Türkiyəyə nəql edilib. Şirkətin hədəflərindən biri 2035-ci ildə karbon emissiyası havaya atılan tullantıları faizdən azaltmaqdır   2050-ci ilədək bu göstəriciləri sıfıra endirməkdir.

E.İbadov  qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan "SOCAR Türkiyə"nin fəaliyyəti risklərlə, xüsusilə terrorizmlə zəlzələ ilə bağlı sığortalanıb. Biz Türkiyənin ən böyük xarici investoruyuq. Biznes böyük olduğuna görə, bu sahədə risklərlə qarşılaşırıq. Bundan sığortalanmaq üçün xüsusi risklərin idarə edilməsi əməliyyatları aparılır. Aktivlərimizə ümumilikdə, 13 növ sığorta tətbiq edilir. Terrorizmə zəlzələyə qarşı xüsusilə ayrı-ayrılıqda sığortalarımız var. Bütün bunlara görə ayrıca olaraq sığorta şirkətimiz fəaliyyət göstərir. Bu, həm daxili sığorta tələbatını idarə etmək, həm xaricə sığorta xidmətləri təqdim etmək üçündür.

"SOCAR Türkiyə" 2024- ildə texniki qulluq üçün STAR neft emalı zavodunun fəaliyyətini dayandırmağı planlaşdırır. Zavodun fəaliyyətini hər dörd ildən bir dayandırırıq. Yeni texnologiya innovasiyaların tətbiqi hesabına zavoda qulluq günlərinin sayını azaltmağı bunu beş ildən bir etməyi hədəfləyirikBununla 40 milyon dollaradək qənaət edə biləcəyikBu gün zavodun istehsal imkanları 118,5 faiz təşkil edir.

"SOCAR Türkiyə" şirkəti alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir. Hazırda "SOCAR Türkiyə"nin ümumi gücü 51 meqavat olan 17 külək elektrik enerjisi turbini mövcuddur. Gələcəkdə külək enerjisi turbinlərinin sayının külək enerjisi istehsalının gücünün artırılması nəzərdə tutulub. Artıq bununla bağlı müvafiq qurumlara rəsmi olaraq müraciət etmişik. Bununla bərabər, artıq "SOCAR Türkiyə"nin köməkçi qurum müəssisələrində günəş enerjisi panelləri quraşdırılır. Quraşdırılan günəş enerjisi panelləri müəyyən qədər enerjiyə olan tələbatı ödəyir. Ancaq bu həcmlər hələlik o qədər böyük deyil.

"SOCAR Türkiyə" Emal Neft-Kimya bölməsinin rəhbəri "Petkim Petrokimya Holding"in Baş  direktoru Anar Məmmədov  bildirib ki, "SOCAR Türkiyə" şirkətinin STAR neft emalı zavodunun istehsal etdiyi əsas məhsul dizeldən ibarətdir". Türkiyənin yanacağa olan tələbatı olduqca böyükdür bu bazarın yalnız 12 faizini yanacaqla təmin edə bilir: "Petkim" zavodunun da istehsal etdiyi neft neft-kimya məhsullarına tələbat artmaqdadır. Pandemiya dövründə təyyarə mühərrikləri üçün yanacağın istehsalı azalıb ki, bu da dünya üzrə uçuşların sayının azalması ilə əlaqədar idi. Artıq bu yanacaq növünün istehsalı artırılıb. "SOCAR Türkiyə" yerli bazarın təmin olunmasını əsas prioritet istiqamət hesab edir. Buna görə zavodun fəaliyyət dairəsi genişləndirilib. Hazırda zavod 60 növdə məhsul istehsal edir əməkdaşlarının sayı 2 mini ötüb". "STAR" zavodundakı istehsal prosesində ildə 1 milyon tondan çox reformat məhsul əldə edilir ki, bu da neft-kimya sənayesi üçün dəyərli xammaldır. Lakin Türkiyədə bu məhsulun bazarı yoxdur. Reformat məhsullara Amerika Asiya ölkələrində tələbat var bu məhsulu gələcəkdə ixrac etmək planlaşdırılır. Reformat kimi xam maldan neft-kimya sənayesində benzol digər faydalı məhsulların istehsalında istifadə olunur. "SOCAR Türkiyə" şirkətinin neft-kimya məhsulları istehsal edən "Petkim" zavodunun illik istehsal gücü milyon ton, "STAR" zavodunun illik istehsal gücü isə 10 milyon tondur. Hər iki zavodun istehsal etdiyi məhsullar Türkiyənin yanacaq bazarının yalnız 25 faizini təmin edə bilir. Güclü rəqabət şəraitində bazarın bu həcmdə təminatını təşkil etmək yüksək göstəricidir. "SOCAR"ın Türkiyədə yeni neft-kimya layihəsinin reallaşdırılması gündəmdədir. "SOCAR Türkiyə" şirkətinin BP şirkəti ilə birgə həyata keçirməli olduğu yeni neft-kimya layihəsi olan "Mercury" hazırda tamamilə dayandırılıb, lakin bazar şərtlərindən asılı olaraq başqa bir şirkətlə davam etdirilə bilər.

Anar Məmmədov onu da qeyd edib ki, "SOCAR Türkiyə" STAR NEZ- 2023- ildə 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Onun sözlərinə görə, neft-kimya məhsullarının istehsalında Qara Dəniz bölgəsi, Afrika digər ölkələrin xam neftindən istifadə olunur. ''STARçox güclü zavoddur.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.