Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri ilə telefon görüşü edib
Siyasət

Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri ilə telefon görüşü edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Kiryakos Micotakis ilə telefon danışığı edib. 

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, görüşdə bir çox narahatlıqlar, xüsusən İsrail və Fələstin arasındakı qarşıdurmalar, həmçinin bölgədəki insan hüquqlarının pozulması barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan Türkiyənin regional və qlobal miqyasda son dərəcə mənfi nəticələrə səbəb ola biləcək bu münaqişənin dayandırılması üçün hər cür səy göstərdiyini bildirib. 

Töhfə SƏMƏDOVA,

"Respublika".