Qoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib
Gündəm

Qoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib

Qoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib.

"Respublika" xəbər verir ki, yanvarın 19-da Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə Hərəkata sədrlik Uqanda tərəfindən qəbul olunub.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə bu təsisata sədrliyi həyata keçirməyə başlayıb. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddəti 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılıb.