Qərb agentləri cəmiyyətlərə təsir göstərmək niyyətindədir
Siyasət

Qərb agentləri cəmiyyətlərə təsir göstərmək niyyətindədir

"Toplum TV" fəaliyyətini daim tənqidi prizma üzərində qurduğundan aydın olurdu ki, bu kanal reallıqları əks etdirməkdən daha çox müəyyən "kriteriyaları" jurnalistika prinsipi kimi insanlara aşılamağa çalışır. "Toplum TV"nin hazırladığı reportaj və materiallarda guya obyektiv jurnalistika baxımından bütün tərəflərin fikirlərinə yer verildiyi göstərilsə də, kanalın şərhlərində tərəfsizlik prinsipləri kifayət qədər pozulubdur. Bu, təkcə, Azərbaycanda jurnalistikanın etik prinsiplərinin tapdalanması demək deyil.

Ümumiyyətlə, beynəlxalq media prinsipləri, jurnalistikaya dair beynəlxalq konvensiyaların tələblərində də jurnalistin şərh verməyi və proseslə bağlı bütün tərəfləri guya danışdırıb sonda özünün qənaətini və nəticəsini təqdim etməyi o qədər də etik hesab olunmur. Digər bir tərəfdən bəllidir ki, Qərbin müəyyən fondları dünyada jurnalistika və yaxud da fərqli ideologiyaları maliyyələşdirməkdə, o ölkələrin daxilində hansısa bir mediaya dəstək olmaq məqsədi güdmür. Əslində, Qərb təkcə "Toplum TV" ilə bağlı olan bir situasiyada deyil, bütövlükdə media adı altında başqa ölkələrdə rəngli inqilab ssenariləri hazırlamağa çalışır. Neoimperializmin də əsas təhlükəli hədəflərindən biri jurnalistika və media adı altında özünün agentlərini yetişdirib cəmiyyətlərə təsir göstərməkdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları ayıq-sayıqdır, həm də Qərb imperialist dairələrinin törədə biləcəyi hər bir təhlükənin qarşısını almağa qadirdir.       

Tural İSMAYILOV,

politoloq.