QƏLƏBƏYƏ APAYAN YOL
Digər xəbərlər

QƏLƏBƏYƏ APAYAN YOL

Hüseyn Ənvər oğlu Əlixanov 1953- ildə Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra, prokurorluq orqanlarında işə başlamışdır. Keçdiyi şərəfli peşə yolunda bir çox mühüm vəzifələrdə çalışmışdır. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü olan Hüseyn Əlixanov müxtəlif dövrlərdə peşə sahəsində üzləşdiyi bir çox hadisələri qələmə alaraq mətbuat orqanlarında çıxış etmişdir.

Hüseyn Vəlixanovun "Qələbəyə aparan yol" adlı kitabı Azərbaycan tarixinin xronoloji ardıcıllığıdır. Bu ardıcıllıqla Azərbaycan dövlətinin bugünkü yüksəlişinə inkişafına kimi gəldiyi yol, cəmi 23 ay yaşayan Cümhuriyyət dövrü, həmin dövrdə xarici daxili qüvvələrin xainliyi satqınlığı nəticəsində uğursuzluqlar təfsilatı ilə göstərilmişdir. Kitabda, həmçinin 1993- ilə kimi dövlət idarəçilik sistemində yaranmış kəskin böhran Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, pərakəndə dövlət idarəçiliyi, hakimiyyət çevrilişləri, "Talış-Muğan respublikası" qurmaq cəhdləri yer almışdır. H.Əlixanov məşəqqətli keşməkeşli yoldan keçən Azərbaycanın belə bir ağır dövrdə xilasına, yenidən güc-qüvvə toplayıb ayağa qalxmasına səbəbkar olan dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışını qələminin işığında canlandırmışdır.

 "Qələbəyə aparan yol" kitabında ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyində qurduğu düzgün istiqamət bu istiqamətdə əldə olunan uğurlar dolğun şəkildə qələmə alınmışdır. Kitabda, həmçinin keçmiş SSRİ-nin bu İttifaqa daxil olan respublikaların, o cümlədən Azərbaycanın müstəqillik yolunda keçdiyi yol aydın şəkildə şərh olunur. 1990- ilin 20 Yanvar faciəsi Qorbaçov kimi himayədarların ermənilərə arxa-dayaq durması nəticəsində torpaqlarımızın işğal edilməsi yer alır. Kitabda əks olunan hadisələri maraqlı edən amillərdən biri odur ki, müəllif qələmə aldığı hadisələrin əksəriyyətinin şahidi iştirakçısı olmuşdur. Eyni zamanda kitabda müxtəlif dövrlərdə baş verən hadisələr istintaqı aparılan bir sıra cinayət işləri üzrə istintaq-əməliyyat fəaliyyətinə dair faktiki epizodlar da öz əksini tapmışdır.

Kitabı vərəqlədikcə Heydər Əliyev şəxsiyyətinin onun şah əsəri olan Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbəyə kimi gəldiyi yolu aydın şəkildə görürük. Kitabdakı "Qələbəyə aparan yol" başlıqlı bölüm tamamilə Qarabağ hadisələrini, bu hadisələrə qədər SSRİ onun kimi bir sıra dövlətlərin Azərbaycanın parçalanmasına cəhd etmələri geniş şəkildə qeyd edilmişdir. Sözsüz ki, Heydər Əliyev şəxsiyyətinin belə bir məqamda Azərbaycanı üzləşdiyi bəlalardan xilas etməsi siyasi kursunun davamçısı İlham Əliyevin üzərinə böyük bir məsuliyyət şərəfli missiya qoyması da öz əksini tapmışdır. əlbəttə ki, Ali Baş Komandan İlham Əliyevin ata nəsihətinə sadiqliyi, Qarabağın işğaldan azad edilməsi bu istiqamətdə aparılan siyasət geniş şəkildə əhatə olunmuşdur. Ölkə başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırması, İkinci Qarabağ müharibəsi zamanı Prezidentin xarici mətbuat orqanlarına verdiyi müsahibələr yer alır. Bu, hər şeydən öncə bir Azərbaycan oğlunun, vətəndaşının vəzifəsindən, işindən asılı olmayaraq ölkəsinə, onun uğuruna olan münasibətidir. Müəllif "Qələbəyə aparan yol" kitabını Azərbaycanın müasir dövlətçiliyinin banisi, dünyaşöhrətli siyasətçi, mahir diplomat, xalqımızın qürur mənbəyi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".