Putinin bu tarixdə Türkiyəyə səfəri gözlənilir
Region

Putinin bu tarixdə Türkiyəyə səfəri gözlənilir

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqustun son həftəsində gözlənilir.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Putinlə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında Taxıl sazişinin bərpası, ikitərəfli əlaqələr, Azərbaycan-Ermənistan münasibətləri, həmçinin Türkiyə-Suriya arasındakı əlaqələrin normallaşması məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, avqustun 2-də Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və onlar mümkün görüşün hazırlanması barədə razılığa gəliblər.

Avqustun 4-də Ərdoğan jurnalistlərə Putinin Türkiyəyə səfərinin mümkünlüyü barədə danışıb.

Nəzrin ELDARQIZI,

"Respublika".