Pekində son on ilin ən güclü yağışı baş verib - 11 nəfər ölüb
Dünya xəbərləri

Pekində son on ilin ən güclü yağışı baş verib - 11 nəfər ölüb

Pekində ölümcül leysanlar torpaq sürüşmələri və daşqınlara səbəb olub, avtomobilləri və yolları dağıdıb.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, leysan nəticəsində azı 11 nəfər ölüb, daha 27 nəfər itkin düşüb, 127 mindən çox insan isə şəhərdən təxliyə edilib.

Qeyd edək ki, ən son Pekində belə hadisə 2012-ci ildə baş verib və həmin vaxt 77 nəfər ölüb. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.