Pakistanda dəhşətli qəza - 20 ölü, 15 yaralı
Dünya xəbərləri

Pakistanda dəhşətli qəza - 20 ölü, 15 yaralı

Pakistanda sərnişin avtobusunun pikap maşınına çırpılması nəticəsində 20 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, sərnişin avtobusu yanacaq çəlləkləri daşıyan pikap maşınına çırpılıb.

Toqquşma nəticəsi avtobus alovlanıb. Yaralılar xəstaxanaya yatırılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Töhfə SƏMƏDOVA.

"Respublika".