Orta Dəhlizin strateji rolu artır
Digər xəbərlər

Orta Dəhlizin strateji rolu artır

44 günlük Vətən müharibəsində əldə etdiyimiz uğurdan sonra yaranan yeni reallıqlardan biri Azərbaycanın Orta Dəhlizin fəaliyyətinə bir çox töhfələr verməsidir.

Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa rahat marşrutdur.

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, Azərbaycan bu dəhlizdə açar ölkələrdən biridir: "Orta Dəhliz 2014- ildə Azərbaycan, Qazaxıstan Gürcüstan hökumətlərinin birgə razılaşması əsasında yaradılmış marşrutdur. Buna, eyni zamanda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi deyirlər. Bu dəhlizə sonradan Rumıniya, Ukrayna, Polşa kimi ölkələr qoşuldu. Bu, eyni zamanda Çin məhsullarının Qazaxıstan-Xəzər dənizi-Gürcüstan Qara dəniz üzərindən, eyni zamanda Türkiyə ərazisindən Avropaya çatdırılmasıdır. Hazırkı geostrateji reallıqlar fonunda ən qısa, rahat təhlükəsiz marşrut olduğu üçün bu dəhlizin əhəmiyyəti böyükdür. Bildiyimiz kimi, bəzi ölkələr arasında gedən müharibələr, o cümlədən Azərbaycanla bəzi qonşuları arasında mövcud çətinliklər bu dəhlizin önəmini ön plana çıxarır.

Bundan başqa, bir çox məhsulların Avropaya çıxarılması prosesi Rusiyadan-Şimal dəhlizi üzərindən həyata keçirilirdi. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra dəhlizdə müəyyən problemlər yarandı. 2022-ci ilin sonu 2023- ilin əvvəllərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi tanınan Orta Dəhlizin əhəmiyyəti bir az da artdı. Düşünürəm ki, hazırkı vəziyyətdə Çindən Avropaya qədər beynəlxalq yükdaşımaların həyata keçirilməsinin ən effektiv yolu Orta Dəhlizdir. Marşrut üzrə bəzi problemlər var. Bunlardan biri Qazaxıstan ilə Çin arasında gömrük məsələləridir. Eyni zamanda, Xəzər dənizində Qara dənizində limanların azlığı problem yaradır. Bu məsələlər dəhlizin yük buraxma gücünü məhdudlaşdırır. Bu mənada istər Çin, istər Avropa ölkələri Azərbaycanda Zəngəzur dəhlizinin açılmasına dəstək verməlidirlər. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu dəhlizin istifadə əmsalı təxminən 6-7 dəfə artmışdır. Orta Dəhlizin ən önəmli hissəsi Mərkəzi Asiyadan keçir. Xüsusilə, Özbəkistan, Azərbaycan, Türkiyə münasibətlərinin təkmilləşdirilməsində yükdaşıma əməliyyatlarının həyata keçirilməsində Prezident İlham Əliyev mühüm addımlar atır. Azərbaycan, həqiqətən bu dəhlizdə açar ölkələrdən biri birincisidir".

Nəzrin CAVADZADƏ,

"Respublika".