Onlar adlarını dünyanın hərb tarixinə yazdılar
Digər xəbərlər

Onlar adlarını dünyanın hərb tarixinə yazdılar

1999-cu il aprelin 30-da ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır

Azərbaycanda ordu quruculuğunun formalaşması hərb elminə olan maraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda milli hərbi kadrların hazırlanması məqsədilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. SSRİ rəhbərliyi Heydər Əliyevin belə bir qərar verməsinə qarşı çıxsa da, lakin ulu öndəri öz məqsədindən geri döndərə bilmədilər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkə rəhbəri seçilən ümummilli liderin qarşısında duran ən ümdə məsələlərdən biri Silahlı Qüvvələrin daha müasir səviyyədə formalaşması Müdafiə Nazirliyinin tabeçiliyi altında yüksək döyüş peşəkarlığına sahib olan döyüşçülərin yetişdirilməsi idi. Bunun məntiqi nəticəsi kimi 24 il əvvəl 1999-cu il aprelin 30-da Heydər Əliyev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması haqqında Fərman imzalayıb. XTQ-nin formalaşmasında Birinci Qarabağ müharibəsində döyüşmüş hərbi gizir zabitlər yaxından iştirak ediblər. Həmçinin Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin inkişafında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri mühüm rol oynayıblar. Heydər Əliyevin imzaladığı tarixi fərmanın Azərbaycan dövləti, ordusu xalqı üçün dərəcədə mühüm olduğunu 2016- il Aprel döyüşlərində Vətən müharibəsində bütün dünya müşahidə edib. Hər iki savaşda Azərbaycan xalqına şəhid, qazi Milli qəhrəmanlar bağışlayan XTQ komandan general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsas güc mənbəyi sayılır.

1988-ci illərin sonlarından başlayaraq Ermənistanın ərazi iddiası torpaqlarımızın 20 faizinin işğalına, 1 milyondan artıq soydaşımızın dədə-baba torpaqlarından didərgin düşməsinə səbəb olmuşdu. Ermənistanla Azərbaycan arasındakı münaqişəni tənzimləmək üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupu 30 ilə yaxın müddətdə heç bir praktiki addım atmayaraq işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamışdı. Uzanan danışıqlar prosesi, faydasız görüşlər Ermənistan hərbi-siyasi rəhbərliyinin mənafeyinə maraqlarına xidmət edirdi. BMT-nin məlum 4 qətnaməsini icra etmək əvəzinə, işğal etdiyi torpaqlarda möhkəmlənib hərbi təyinatlı mühəndis-istehkam qurğuları qurmaqla öz müdafiə xəttini gücləndirərək beynəlxalq hüquq normaları ayaqlar altına atırdı.

2003- ildə Prezident seçilən İlham Əliyev Ali Baş Komandan kimi qarşısına qoyduğu ilk vəzifə ordu quruculuğunu daha da təkmilləşdirib torpaqlarımızı işğaldan azad edərək suveren ərazilərimizin bərpasına nail olmaq idi. Ulu öndərin hərb sahəsində gördüyü işləri yüksək peşəkarlıqla davam etdirən dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasını dünyanın ən qabaqcıl ölkələrinin müdafiə sənayesi məhsulları ilə zənginləşdirərək bu gün ordumuzu NATO standartlarına cavab verən səviyyəyə çatdırıb.

Silahlı Qüvvələrin əsas gücü sayılan Xüsusi Təyinatlıların inkişafına xüsusi qayğı göstərən Ali Baş Komandan onların həyat tərzi, fəaliyyəti təchizatını daim diqqət mərkəzində saxlayır.

Azərbaycan Xüsusi Təyinatlıları Türkiyə, Pakistan, ABŞ digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib, bu ölkələrin hərbi akademiyalarında təhsil alırlar. Akademiyalarda kursantlara günlərlə ac susuz qalmağı, lazım gəldikdə çöl heyvanlarından qidalanmağı öyrədirlər. Bu günə qədər Azərbaycan Xüsusi Təyinatlıları dəfələrlə ABŞ, Türkiyə Pakistanda keçirilən yarışlarda ilk yerlərə çıxıblar. Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətinə gəlincə bura üzv seçilmək hər kəsə nəsib olmur. XTQ üzv seçilmək hüququ qazanmaq üçün bura müraciət edən hərbçilərdən yüksək səviyyədə döyüş bacarığı, kəşfiyyat düşmən arxasına keçmə, çətin iqlim şəraitində həyatda qalma, mühəndislik qabiliyyəti, sərrast atəş açma, psixoloji dözümlülük, dalğıc bacarığı, tibbi biliklər sair tələb olunur.

1999-cu ildə yaradılan Xüsusi Təyinatlı Qüvvələr 2016- ilin aprel ayında baş vermiş 4 günlük döyüşlərdə məğlubedilməz olduqlarının ilk siqnallarını vermişdilər... Döyüşlər zamanı şəhidlər verilsə , qarşıya qoyulan tapşırıqlar icra olunaraq Aprel döyüşlərinin rəmzi sayılan Lələtəpə yüksəkliyi düşməndən azad olunmuşdu.

2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində qazanılan qələbədə Xüsusi Təyinatlıların böyük payı olub. Yüksək şücaət göstərərək düşmənin beş-altı müdafiə xəttindən ibarət olanOhanyan səddini xüsusi peşəkarlıqla yararaq, qan töküb, canları bahasına erməni ordusunun darmadağın olunmasında əsas iştirakçılara çevrilmişdilər. Vətən müharibəsinin əsas əməliyyatlarında ön sıralarında olan XTQ hərbçiləri Azərbaycan xalqını sevincə boğan Şuşa əməliyyatları ilə dünyanın hərb tarixində misli görünməmiş döyüş peşəkarlığı nümayiş etdirmişdilər. Ali Baş Komandan İlham Əliyev qürur hissini belə ifadə etmişdi: "Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər".

Musa BAĞIRLI,

"Respublika".