Ölkəmizin uğurları Ümummilli Liderimizin adı ilə bağlıdır
Digər xəbərlər

Ölkəmizin uğurları Ümummilli Liderimizin adı ilə bağlıdır

Ümummilli lider Heydər Əliyev Azərbaycanın və bütövlükdə Türk dünyasının ən böyük tarixi şəxsiyyətlərindən biridir. Öz xalqının tarixində, milli şüurun formalaşmasında, ana dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında Heydər Əliyev qədər müstəsna rol oynayan, eyni zamanda dövlət qurucusu olan, qurduğu dövlətin müstəqilliyinin əbədiliyini, sarsılmazlığını, dönməzliyini təmin edən liderlərə bəşər tarixində çox nadir hallarda rast gəlinir.

Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra, qeyri-rəsmi olaraq SSRİ-nin "ucqar əyalət respublikası" statusunun daşıyıcısı olan, ittifaq daxilindəki siyasi və mədəni proseslərdən kənarda saxlanılmış Azərbaycanda yeni milli inkişaf mərhələsinin əsası qoyuldu. Azərbaycan Heydər Əliyevin iti zəkası, çevikliyi və prinsipiallığı nəticəsində SSRİ-nin iqtisadi-siyasi və mədəni mərkəzlərindən birinə çevrildi.

Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan xalqını müstəqil yaşamağa hazırladığı təkzibolunmaz reallıqdır.

Bu sıraya Azərbaycan dilinin inkişafı, tariximizin öyrənilməsi, hərb sahəsi başda olmaqla bütün sahələr üzrə milli kadrların hazırlanması istiqamətində atılan ardıcıl addımları da əlavə etsək, Heydər Əliyevin zəkasının illərin arxasından necə işıq saçdığını görə bilərik.

Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə dövləti xilas etməyə, dövrün tələblərinə uyğunlaşdırmağa başladı və buna nail oldu. Ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin, inkişafının, milli-mədəni bütövlüyünün rəmzlərindən biridir və Azərbaycan xalqı, dövləti var olduqca Heydər Əliyevin nəhəng tarixi xidmətləri unudulmayacaq, Azərbaycanın əldə etdiyi bütün uğurlarda onun izi görünəcək.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.