Ölkəmizin daxili işlərinə heç kim müdaxilə edə bilməz
Siyasət

Ölkəmizin daxili işlərinə heç kim müdaxilə edə bilməz

"Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir". Bunu Prezident İlham Əliyev aprelin 18- Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı bildirib.

Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsi ondan sonrakı dövrlərdə daim dünya mediasına, təşkilatlarına müraciətlər ünvanlayıb. Lakin Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi Aprel döyüşləri zamanı da qeyd etdiyi kimi, Qarabağda işğal edilmiş bütün torpaqlarda baş verən baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz. Qarabağ münaqişəsi insan haqlarını, ərazi bütövlüyünü, mülkiyyət hüquqlarını digər hüquqi siyasi məsələləri əhatə edir. Bu səbəbdən, münaqişənin həlli üzrə qərarlar yalnız Azərbaycan hökuməti tərəfindən verilə bilər. Şübhəsiz ki, ölkəmizin suverenliyinin ərazi bütövlüyünün qorunması üçün hər hansı bir müdaxilə qəbuledilməzdir.

Münaqişə hər iki tərəfin müzakirələri diplomatik yollarla həll edilməlidir. Şübhəsiz ki, sülh Qarabağ məsələsi bütün regionun maraqlarını özündə birləşdirir. Rusiya İran kimi regional məsələlərdə aktiv rol oynayan Fransa kimi uzaqdan idarəetməyə meyilli ölkələr bölgədə öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Beynəlxalq təşkilatların hansı məqsədlə Ermənistana dəstək verdiyi bəllidir. Elə bu ilin yanvar ayında Avropa Parlamentinin yaydığı qərəzli əsassız anti-Azərbaycan fikirləri qurumun ermənipərəst mövqeyinin göstəricisi idi. Parlament açıqlayıb ki, Azərbaycan tərəfi guya Hayastana hərbi təcavüz göstərib Laçın yolu "blokadaya" salınıb. Təəssüf ki, Avropa Parlamenti kimi qurumların bu əsassız çıxışları onların ermənipərəst, qeyri-ciddi mövqeyindən xəbər verir. Əlbəttə, Parlamentin ortaya çıxan rüşvət qalmaqalı da bu təşkilatın əsl üzünü göstərdi. Bu da onu deməyə əsas verir ki, Avropa Parlamentinin parlamentariləri erməni lobbisindən aldıqları pullar müqabilində Azərbaycan əleyhinə danışırlar. Bu qətnamələrin qəbul olunmasında əsas rolu ermənilərdən daha çox erməni olan fransız rəsmiləri oynayır. Əlbəttə, erməni oliqarxların verdiyi rüşvətlər nəticəsində Avropa Parlamentinin bəzi deputatları təbii olaraq Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilirlər. Ölkəmizə qarşı əsassız bəyannamələr, sənədlər qəbul etməklə yanaşı, Ermənistanı qeyd-şərtsiz dəstəkləmələrinin səbəbi bir-bir aydın olmağa başlayır. Ermənistanın isə bu mövqelərə müsbət yanaşması aktiv formada xarici qüvvələri regiona dəvət etməsi onlara qeyri-ixtiyari söz demək haqqını verir. Avropa İttifaqının bölgəyə göndərdiyi sülh missiyası isə sülhün deyil, Qərbin, xüsusilə Fransanın bölgədəki məkrli ermənipərəst mövqeyinin növbəti təzahürüdür.

Lakin artıq Ermənistan hakimiyyəti həqiqəti yavaş-yavaş da olsa qəbul etməyə başlayıb. Hazırda davam edən konstruktiv danışıqlar nəticəsində vacib addımlar atılıb. Görüşlərin ümumiləşdirilmiş nəticəsi olaraq onu deyə bilərik ki, artıq Ermənistan da Prezident İlham Əliyevin həftələr öncə dediyi sözlərə gəlib çıxır: "Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə "Qarabağ Ermənistandır nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır nida" sözlərimizi təkrar etməlidir. Çünki əgər "A" deyibsə "B" deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır".

Belə ki, Brüsseldə keçirilən üçtərəfli görüşün sonunda tərəflər Azərbaycanın 86,6 min kvadratkilometr Ermənistanın 29,8 min kvadratkilometrlik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyiblər. Bu o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanın ən azı 86,6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən açıq şəkildə qəbul edib.

Şübhəsiz ki, həqiqət danılmazdır, gec-tez Ermənistan hakimiyyəti haqqın yolunu tapmağa məcburdur. Ötən əsrlərdə olduğu kimi, Qarabağda doğulub-böyüyən ermənilərlə birgə yaşamaq Azərbaycan üçün qəbulediləndir. Lakin mütləq şəkildə həmin şəxslər Azərbaycan Konstitusiyasının qanunlarına riayət etməli Azərbaycan xalqına qarşı heç bir pis niyyətdə olmamalıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".