MÖVCUDLUĞU YALAN VƏ DƏLƏDUZLUQ ÜZƏRİNDƏ QURULMUŞ “DÖVLƏT
Siyasət

MÖVCUDLUĞU YALAN VƏ DƏLƏDUZLUQ ÜZƏRİNDƏ QURULMUŞ “DÖVLƏT"

Faktlar onu göstərir ki, bədnam qonşumuz indi Qərbə xəyanət edir

Amerikanın dünyaca məşhur "New York Times" qəzetinin 24 mart tarixli sayında Amerika Birləşmiş Ştatları Avropa İttifaqının vergi ticarət sahəsində çalışan rəsmi yüksəkvəzifəli şəxslər tərəfindən səsləndirilən faktlar Ermənistanın Rusiyaya satılan çiplərin başqa elektron vasitələrin ixrac həcminin kəskin artmasını göstərir. Belə ki, ABŞ Sənaye Təhlükəsizlik Bürosunun açıqladığı məlumata əsasən, Ermənistana 2021-ci illə müqayisədə 2022-ci ildə Birləşmiş Ştatlardan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox ən müxtəlif çeşidli elektron komponentlər idxal edilmişdir. Rəsmi sənədlərdə göstərildiyi kimi, bütün bu məhsulların 97 faizi çox vaxt keçmədən Rusiyaya ixrac olunmuşdur.

Lakin Ermənistana gətirilən hansısa sehrli qüvvələrin təsiri ilə birdən-birə artan elektron komponentlərin ixrac coğrafiyası ABŞ ölkələri ilə bitmir. Belə ki, ötən il ərzində ixrac həcmi əvvəlki dövrlərlə müqayisədə Vyetnamdan 380%, Yaponiyadan 252%, Qazaxıstandan 201%, Hindistandan 190%, Fillipindən 181%, Cənubi Koreyadan isə 201% artmışdır.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm 8 Noyabr Zəfərindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar onu göstərir ki, regionumuzda hökm sürən hazırkı vəziyyətdə heç bir iqtisadi perspektivi olmayan, dalana dirənmiş, hər il yüz minlərlə sakini xaricə miqrasiya edən, yoxsul Ermənistanda elektron avadanlıqlara tələbatın belə bir anormal şəkildə artması qeyri-mümkündür. Belə təsəvvür yaranır ki, səhər yuxudan oyanan ermənilər birdən-birə yüksək texnologiyalara sahiblənmək, dünyanın İT bazarında iddialarını irəli sürmək qərarına gəliblər. Əlbəttə ki, bu heç fantastika da deyil, mistika janrında çəkiləcək film üçün ən uğursuz ssenari olardı. Bəs nədir bu rəqəmlər arxasında gizlənən həqiqət? Hər şey çox sadədir...

Erməni xisləti özünü tam şəkildə nümayiş etdirir. Bu qondarma dövlət Qərbdən siyasi-iqtisadi dəstək almaqla, faktiki olaraq, ikibaşlı oyun oynayır Qərbin öz silahı ilə onun özünü vurur. Necə? Məsələnin mahiyyəti sözügedən çiplərin, digər elektron komponentlərin məhz Rusiyaya ixrac olunmasından getmir. Heç kimə sirr deyil ki, Rusiya Federasiyası böyük dövlətdir, nəhəng iqtisadi potensiala, insan resurslarına, yüksəkixtisaslı kadrlara malikdir. Bu ölkə üçün Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq, öz strateji istehsalını lazımi səviyyədə qoruyub saxlamaq heç həll olunması mümkünsüz görünə biləcək bir məsələ deyil. Burada Ermənistanın rolu o qədər cılızdır ki, hayların bu dələduzluğundan Rusiyanın əldə edəcəyi iqtisadi fayda heç nəyi dəyişmir. Söhbət ondan gedir ki, Ermənistan bu prosesdə özünü sözün əsl mənasında siyasi təlxək kimi aparır - Sorosun maliyyə dəstəyi ilə Paşinyan küçədən hakimiyyətə gətirilir, Avropa İttifaqı 44 günlük müharibədən sonra bu ölkəyə milyardlarla avro vəsait ayırır, Fransa Azərbaycanın dünyanın hərb tarixinə yazılacaq parlaq "Dəmir yumruq" əməliyyatından sonra bədnam qonşumuzun öz çirkin, faşist ideologiyasına əsaslanan, şovinist siyasəti ucbatından aldığı yaraları yalamaqla məşğul olur, Ermənistan isə ilk fürsət əlinə düşən kimi qəpik-quruş qazanmaq naminə dəridən-qabıqdan çıxır, Qərbin Rusiya ilə apardığı qarşıdurmada Qərbin özünə qarşı alət kimi istifadə olunur.

Həmçinin qeyd etmək yerinə düşərdi ki, bu davranış Ermənistanın ilk təcrübəsi deyil. Qondarma dövlət sanksiya "altında" olan İrana uzun illər ərzində belə "xidmətlər" göstərib. Molla rejiminin "tələbatlarını" ödəməyə hər zaman hazır olan Ermənistan İrana digər xarici ölkələrdən ən müxtəlif məhsulların fəal ixracatçısı olub.

Burada bir sual meydana çıxır - üçün Qərb, konkret desək, ABŞ Avropa İttifaqı Ermənistanın belə "fəaliyyətinə" göz yumub, bu ölkəyə təzyiq etməyib? Bəlkə özləri ermənilərin "xidmətlərindən" ara-sıra yararlanırlar? Söhbət, əlbəttə ki, kollektiv Qərbdən deyil, “qoca qitənin müxtəlif qurumlarında fəaliyyət göstərən məmurlarından gedir. Avropa Parlamentində hamının yaxşı xatırladığı erməni aktivistlərlə bağlı rüşvət qalmaqalı bunun əyani sübutudur. Əgər bundan sonra Qərb ölkələri, xüsusilə ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməsə, sərgiləməli olduğu reaksiyanı nümayiş etdirməsə, deməli, Qərbin Ukraynaya dəstəyinin səmimiliyi sual altına düşəcək.

Bəs Ukrayna? Bu ölkənin kütləvi informasiya vasitələrinə qısaca nəzər salmaq kifayətdir ki, orada Ermənistanla bağlı olan bütün illüziyaların dağıldığını görə bilək. Ermənistanı bu müharibədə Rusiyanın arxa cəbhəsi adlandıran ukraynalı jurnalistlər sözün əsl mənasında od püskürür.

Məsələn, 21 mart tarixində, yəni məqalənin əvvəlində istinad etdiyimiz "New York Times" qəzetində dərc olunmuş yazının işıq üzü görməsindən üç gün əvvəl bu ölkənin məşhur 5.ua saytında bir məqalə çıxmışdır. Həmin məqalənin başlığında Ermənistan Rusiyanın arxa cəbhəsi adlandırılır. Orada ilk sətirlərdən oxuyuruq: "ABŞ Avropa İttifaqının yüksəkvəzifəli məmurların sitatları, rəsmi statistikanın məlumatları, eləcə 2022-ci ilin martından 2023- ilin martına qədər nüfuzlu tədqiqat mərkəzlərinin materialları birmənalı surətdə göstərir: Ermənistan Qərbin sanksiyalarından yan keçməkdə RF-ə fəal şəkildə kömək edir... Söhbət Avropa Şərqi Asiyadan təkcə mülki məhsulların deyil, həm Rusiyanın hərbi sənayesi üçün avadanlıqlardan gedir". Daha sonra qeyd olunur ki, öz oriyentasiyasını Qərbə dəyişdiyi təəssüratını var gücü ilə nümayiş etdirən rəsmi İrəvan, əslində qarşıdurmanın iştirakçısıdır.

Məqalədə qeyd olunan Ermənistanın üzünü açan çoxsaylı faktlardan cəmi bir neçəsinə nəzər salaq:

"28.06.22. Amerika Birləşmiş Ştatlarının maliyyə Nazirliyinin Maliyyə Cinayətkarlığı ilə Mübarizə üzrə Şəbəkəsi (FinCEN), eləcə Sənaye Təhlükəsizlik Bürosu (BIS) qeyd edir ki, Ermənistan əsas yükboşaltma məntəqəsidir, həmin məntəqədən "Rusiya, yaxud Belarusun təyinat məntəqələrinə düşməzdən əvvəl məhdudiyyətlərin tətbiq olunduğu nəzarət edilməli olan ixrac məhsulları keçir".

"14.12.22. "Financial Times": istehsalçılar Ermənistanda mikroçiplərin sifarişlərinin artan həcminə daha ehtiyatlı münasibət bəsləməyə başladı... Bu ölkə "rüsumsuz parallel ixrac"ın əsas mərkəzlərindən birinə çevrilib. Nəticə olaraq, "bəzi Amerika şirkətləri Ermənistana ixracı dayandırdı".

"02.03.23. Almaniya Kansleri Şolts Ermənistanın baş naziri ilə görüşəndən sonra bildirmişdir: "Bizim üçün tətbiq etdiyimiz iqtisadi sanksiyalardan yayınmaların olub-olmaması vacibdir... Bu, əlbəttə ki, tələb şəklində təqdim etdiyimiz məsələdir...".

, nəhayət, əlahəzrət rəqəmlərə yenidən nəzər salaq.

Avropa İttifaqından Ermənistana ixrac:

2021-ci il - 753 milyon avro;

2022-ci il - 1,3 milyard avro.

Ermənistandan Rusiyaya ixrac:

2021-ci il - 840 milyon ABŞ dolları;

2022-ci il - 2,4 milyard ABŞ dolları.

Bir daha qeyd edək ki, 2,4 milyard avroluq ixracı Rusiya Ermənistansız da istənilən digər istiqamətlər üzrə təmin etmək gücündədir. Ümid edirik ki, dünya nəhayət ermənilərə olan subyektiv tərəfkeşliyə son qoyacaq, tarixə erməni ideoloqların yazdıqları konspektlərə görə deyil, obyektiv hadisələrə əsasən baxacaq.

Mövcud olduqları istənilən zaman kəsiyində ancaq siyasi dələduzluq oyunbazlıq, saxtakarlıq yalanla öz mövcudluğunu təmin etmiş ermənilər təkcə Azərbaycan Türk dünyası üçün deyil, bütün bəşəriyyət üçün təhlükə mənbəyidir. Ağalarını daim dəyişməyə, xəyanətə cinayət əməllərinə öyrəşmiş toplum xalq, dövlət anlayışları ilə uzlaşdırıla bilməz. Qərb ümumilikdə dünya birliyi bu həqiqəti heç olmasa indi görməlidir.

Emin QASIMOV,

"Respublika".