Milli Parkda şəxsi məqsədli audiovizual çəkilişlərlə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə hər hansı razılaşdırma nəzərdə tutulmur
Digər xəbərlər

Milli Parkda şəxsi məqsədli audiovizual çəkilişlərlə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə hər hansı razılaşdırma nəzərdə tutulmur

Dənizkənarı Milli Park açıq məkandır respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisidir.

"Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa görə, milli parklar - xüsusi ekoloji, elmi, mədəni, estetik sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən obyektlərindən ibarət olan ərazilərdir burada xüsusi mühafizə rejimli zonalar, habelə digər fəaliyyət zonaları müəyyən edilə bilər. Azərbaycan Respublikasının "Ətraf-mühitin mühafizəsi haqqında" Qanununun 62.5-ci maddəsinə əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə istifadə rejimləri, onların fəaliyyətinin şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, Dənizkənarı Milli Parkın fəaliyyətinin təşkili, onun mühafizə istifadə rejimləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə" müəyyən olunub. Əsasnaməyə görə, Milli Park ərazisində ümumi rəhbərliyi nəzarəti "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxs həyata keçirir, İdarənin, həmçinin Milli Park ərazisində xüsusi mühafizə rejimi digər fəaliyyət zonalarını müəyyən etmək müstəsna səlahiyyəti var.

İdarənin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi əsasında təşkil olunur. Nizamnamədə İdarənin fəaliyyətinin məqsəd istiqamətləri, habelə hüquq vəzifələri öz əksini tapıb.

Dənizkənarı Milli Parkın xüsusi mühafizə olunan təbiət obyekti kimi hüquqi statusunu nəzərə alaraq, İdarənin Nizamnamə üzrə vəzifələrindən irəli gələn hüquqlarından biri Milli Park ərazisində yerləşən təbiət tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin tədqiqinə təbliğinə (reklam yerləşdirilməsi, audiovizual çəkilişlərin aparılması s.) razılıq vermək hüququdur (3.2.7-ci yarımbənd). Yuxarıda adı çəkilmiş Qanunun 1-ci maddəsində "xüsusi mühafizə olunan təbiət ərazilərinə verilən anlayışdan aydın olur ki, Dənizkənarı Milli Park bütövlükdə xüsusi təbiət tarix-mədəniyyət əhəmiyyətinə malik olan ərazidir. Bundan əlavə, Nizamnamənin müvafiq yarımbəndi ilə ali icra hakimiyyəti orqanı tərəfindən İdarəyə verilmiş bu hüquq, İdarənin ümumi rəhbərliyi nəzarəti həyata keçirdiyi Milli Park ərazisində aparılan çəkilişlərlə bağlı məlumatlı olmaq hüququnu ehtiva edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli, 114 nömrəli Qərarına əsasən, xüsusi mühafizə olunan təbiət ərazilərində (həmçinin milli parklarda) "professional video foto çəkilişləri etmək" həmin ərazilərdən istifadə etmək anlayışının tərkib hissəsidir. İdarənin Nizamnaməsinin 3.1.3- yarımbəndinin məzmununa görə, Milli Park ərazisindən istifadə qaydalarına riayət edilməsi ilə əlaqədar zəruri tədbirlər görmək İdarənin səlahiyyətlərinə daxildir.

Dənizkənarı Milli Park ərazisində bu günə qədər media subyektləri, incəsənət nümayəndələrinin müraciətləri əsasında onlar tərəfindən aparılmış peşəkar çəkilişlərə İdarə tərəfindən rəsmi olaraq qadağa qoyulmamış, yaxud xüsusi icazə sənədinin alınması tələb olunmamışdır. Milli Parka gələn qonaqlar, sadə vətəndaşlar turistlər tərəfindən aparılan şəxsi audiovizual çəkilişlərə isə, ümumiyyətlə, hər hansı bir müdaxilə olmamışdır. Dənizkənarı Bulvar İdarəsinin rəsmi mövqeyi Milli Park ərazisində bütün media subyektlərinin informasiya əldə etmək məlumat almaq azadlığının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində bütün zəruri imkanları yaratmaq əməkdaşlıq etməkdən ibarətdir. Bu mövqe Milli Parkın xüsusi mühafizə olunan təbiət ərazisi olduğunu, habelə İdarənin əraziyə ümumi rəhbərlik nəzarət üzrə səlahiyyətlərini nəzərə alaraq, ərazidə aparılan çəkilişlərlə bağlı İdarənin bir dövlət qurumu kimi məlumatlı olmaq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan açıq çağırışların öz səlahiyyətləri daxilində qarşısının alınması hüququna hörmətlə yanaşılması prinsipini əhatə edir.

"Bir daha qeyd edirik ki, Milli Parka gələn yerli sakinlərin turistlərin şəxsi məqsədli audiovizual çəkilişləri ilə bağlı İdarə ilə hər hansı bir razılaşdırma nəzərdə tutulmur.

Dənizkənarı Milli Park ərazisində kommersiya məqsədli, sosialyönümlü peşəkar audiovizual çəkilişlərin aparılması, habelə reklam çarxlarının çəkilməsi, bəyanat açıq çağırışların yayımlanması İdarə ilə razılaşdırılmış qaydada həyata keçirilir.

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Respublikasının qanunvericiliyini ümumqəbul olunmuş hüquq prinsiplərini rəhbər tutaraq, öz fəaliyyətini yalnız ona verilmiş hüquq səlahiyyətlər daxilində təşkil etdiyini öz ictimai məsuliyyətini dərk etdiyini bəyan edərək, bundan sonra da Milli Park ərazisinin öz hüquqi statusuna uyğun şəkildə inkişaf etdirilməsi, qorunması abadlığının təmin olunması istiqamətində səylərini əsirgəməyəcəyinə ölkə ictimaiyyətini əmin edir", - deyə Dənizkənarı Bulvar İdarəsinin bəyanatında qeyd olunub