Milli Məclisin sədri Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

AZƏRTAC xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyiblər.

Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur. Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.

Qeyd edək ki, seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyib. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil ediblər.