Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klasın iştirakçılarına sertifikatlar təqdim olunub
Digər xəbərlər

Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klasın iştirakçılarına sertifikatlar təqdim olunub

Media Təhlil Mərkəzinin (MTM) Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), ADA Universitetinin dəstəyi "MAS" MMC-nin texniki köməyi ilə dövlət, qeyri-hökumət digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil etdiyi üçgünlük master-klas başa çatıb.

Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, mayın 3-5- ADA Universitetində keçirilən beynəlxalq təlimin iştirakçıları müsahibələr yolu ilə fərqli peşəkar müzakirələrə qoşulub, sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı praktiki sessiyalarda iştirak ediblər.

Master-klasın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Sertifikatların təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Media Təhlil Mərkəzinin Baş direktoru Vüqar Xəlilov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

Təlimlə bağlı təəssüratlarını bölüşən Mədəniyyət Nazirliyinin Media kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova söyləyib ki, bu formatda ustad məşğələlərinin keçirilməsi rəsmi kommunikasiyanın daha peşəkar səviyyədə qurulmasına yardımçı olmaqla yanaşı, beynəlxalq standartlar təcrübələrlə tanış olmağa imkan yaradır. "Belə master-klaslar mövcud fəaliyyətin daha da yüksək səviyyədə qurulmasına yardımçı olur. Bizə bu şansı yaratdığına görə Heydər Əliyev Mərkəzinə, Media Təhlil Mərkəzinə, Medianın İnkişafı Agentliyinə ADA Universitetinə minnətdarlığımı bildirirəm", - deyə o qeyd edib.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr vətəndaş müraciətləri ilə şöbəsinin müdiri Mayis Piriyev qeyd edib ki, təlimin əhəmiyyəti olduqca böyükdür. Onun sözlərinə görə, media ilə dövlət qurumları arasında düzgün kommunikasiyanın aktuallıq kəsb etdiyi yeni yanaşmaların, yeni çağırışların ön plana çıxdığı bir dönəmdə qabaqcıl beynəlxalq media modellərinin öyrənilməsi, bu cür təlimlərin keçirilməsi bu sahədə professional mühitin yaranmasında mühüm rol oynayır. "Bu, həm kommunikasiyaya məsul şəxslər kimi bizlərin praktik bilik bacarıqlarımızı artırır. Əminəm ki, bu cür faydalı dialoq, mütərəqqi format ölkəmizdə yeni mərhələyə keçid almış media kommunikasiya islahatlarına töhfə verəcək, müxtəlif qurumlar arasında kommunikasiya sahəsində ünsiyyətin dinamikliyini artıracaq, mediaya məsul şəxslərin kommunikasiya işində məsuliyyətini bu sahədə media vasitələri ilə sıx işləmək bacarıqlarını, peşəkarlığını daha da təkmilləşdirəcək", - deyə M.Piriyev vurğulayıb.

AYNA-nın İctimaiyyətlə əlaqələr media ilə departamentinin direktoru Pərvanə Əliyevanın fikrincə, təlimlər şəxsi inkişaf müasir standartlara cavab verən idarəetmə bacarıqlarına yiyələnmək baxımından çox səmərəli olub. "Həm nəzəri, həm praktik sessiyalarda beynəlxalq mütəxəssislər böhran vəziyyətlərinin effektiv kommunikasiyasında öz təcrübələrini bizimlə bölüşdülər. Ünsiyyət, informasiyanın təqdim edilməsi kommunikasiya sahəsində müasir trendlərlə tanış olduq. Düşünürəm ki, təlimin praktik olması əldə etdiyimiz yeni biliklərin gündəlik işimizə tətbiqində faydalı olacaq. Şübhəsiz ki, indi öyrəndiklərimiz ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətimizin keyfiyyətini daha da artıracaq", - deyə o bildirib.

Xatırladaq ki, Media Təhlil Mərkəzi yerli media nümayəndələrinin, xüsusilə mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının təkmilləşdirilməsinin inkişafının vacibliyini, bu sahədə effektivliyin artırılmasının zəruriliyini nəzərə alaraq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində növbəti master-klası London şəhər Universitetinin jurnalistika üzrə professoru, "The Media Society" təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons qlobal kampaniyaların, mürəkkəb məsələlərin idarə edilməsi sahəsində təcrübəli kommunikasiya marketinq üzrə mütəxəssis Tobi Orr aparıblar.

AZƏRTAC