Mayın 2-də Azərbaycanda COVID-19 əleyhinə 935 doza vaksin vurulub
Səhiyyə

Mayın 2-də Azərbaycanda COVID-19 əleyhinə 935 doza vaksin vurulub

Mayın 2- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 935 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 99, ikinci doza vaksinlərin sayı 656, üç daha çox doza vaksinlərin sayı 170, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 10-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 961 min 812, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 796, ikinci mərhələ üzrə 4 milyon 881 min 902, üç daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 949, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 165-dir.  

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 28 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 28 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 414 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 892 nəfər müalicə olunaraq sağalıb, 10 min 245 nəfər vəfat edib. Aktiv xəstə sayı 277 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1237, indiyə qədər isə ümumilikdə 7 milyon 592 min 173 test icra olunub.