Kahramanmaraş dövlətin gücü ilə ayağa qalxır
Dünya xəbərləri

Kahramanmaraş dövlətin gücü ilə ayağa qalxır

Bu il fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində ağır şəkildə dağılan Kahramanmaraşda daimi yaşayış binalarının tikintisi gecə-gündüz davam edir.

"Respublika" "Sabah"a istinadən xəbər verir ki, şəhərdə 112 min 414 ev tikiləcəyini açıqlayan Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Mehmet Özhaseki, tenderləri tamamlanan 19 min 418 binada tikinti işlərinin davam etdiyini bildirib. Əsrin fəlakətindən qısa müddət sonra ekspert komitələri ilə ardıcıl iclaslar keçirən və zəmin tədqiqatlarını başa çatdıran nazirlik 11 vilayətdə 7/24 mənzil tikintisini davam etdirir.

Röya RÜSTƏMLİ,

"Respublika".