İrəvanın şər tribunası
Siyasət

İrəvanın şər tribunası

Eçmiədzin sinodunun prokuroru Frenkelinin 1907-ci ildə müqəddəs sinoda təqdim etdiyi arayışında deyilir ki, "ermənilər özləri haqda hələ qədimdən pis fikirlər yaradıblar. Bu da yəqin ki, əsassız deyil. Elə olmasaydı, dünyanın bir çox xalqları, ayrı-ayrı zamanlarda eyni fikirdə olmazdılar. Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları heç kəs öz evinə buraxmır, çünki oğrudurlar. Onlar nəinki özləri çığırırlar, həm də özləri kimi axmaq və satqınları da buna məcbur edirlər".

Hələ illər öncə deyilən bu fikirlər günümüzdə də öz təsdiqini tapır. Bu gün Ermənistan eyni xislətə malik olan Fransa kimi dövlətləri öz yalanlarına ortaq edir. Rəsmi Paris artıq İrəvanın şər tribunasına çevrilib. Belə ki, Nikol Paşinyan 6-cı Paris Sülh Konfransı zamanı yenə əsassız iddialar səsləndirməklə gündəmə gəlib. Ermənistan baş naziri Qarabağdakı ermənilərin zorla köçürüldüyünü və guya Azərbaycanın onlara qarşı etnik təmizləmə siyasəti apardığını deyib. Paşinyanın Fransada rahat şəkildə Azərbaycan əleyhinə bu cür fikirlər səsləndirməsi Makron hakimiyyətinin ermənidən daha çox ermənilik etdiyinin sübutudur. Çünki hələ işğal dövründə hayların xalqımıza qarşı hansı vəhşilikləri törətdiyi, əsl etnik təmizləmə siyasətini onların həyata keçirdiyi hər kəsə məlumdur. Hətta bununla bağlı erməni müəlliflər kitablar da yazıblar. Bundan başqa, 30 il müddətində ermənilər Azərbaycan torpaqlarında vandalizm aktları törədib, şəhər və kəndləri viran qoyub, məscidlərdə donuz saxlayıblar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizin çoxəsrlik qədim tarixi-dini abidələri dağıdılıb, yerlə-yeksan edilib. Şübhəsiz, Ermənistan baş nazirinin sərsəm iddiaları cavabsız qalmayıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir.

Həm xarici, həm də daxili siyasətində uğursuzluqlarla üzləşən Fransaya gəldikdə isə onun əsl siması Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra tam şəkildə üzə çıxdı. Özünü demokratiyanın, insan hüquqlarının "müdafiəçisi" kimi göstərən Makron hakimiyyətinin anti-Azərbaycan siyasəti hər kəsə məlumdur. Bu gün Ermənistanın yalanlarının təbliğatçısına çevrilən Makron hakimiyyəti bölgədə gərginliyi artırmaq məqsədi güdür. Rəsmi Paris İkinci Qarabağ savaşından sonra kapitulyasiya aktına imza atan Ermənistana müasir silahlar verməklə onu yenidən müharibəyə sövq etmək istəyir və bununla Ermənistanın təhlükəsizliyinə zəmanət verirmiş kimi saxta görüntü yaratmağa çalışır. Noyabrın 12-də Fransanın hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması bunu bir daha təsdiqləyir. Xatırladaq ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina etmişdi. Əslində, Ermənistan Fransanın bu cür əməllərlə onu hansısa nəticəyə aparacağını düşünür. Amma Fransa Ermənistana qarşı da səmimi deyil. Doğrudur, Makron hakimiyyəti dəfələrlə beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə cəhd göstərib. Reallıqda isə Makron rəsmi İrəvandan öz çirkin məqsədləri üçün istifadə edir, onu silahlandırıb ərazisində hərbi kontingent yerləşdirməyə çalışır. Paşinyan hakimiyyəti Yelisey sarayında hazırlanan "erməni planı"nın riyakar, çirkin hədəfləri ehtiva etdiyini qəbullanmır.

Fransa siyasi oyunlarını həyata keçirmək, öz maraqlarına görə işğalçı dövlətə dəstək verməklə əslində onu bir az da rəzil duruma salır. Rəsmi Parisin Cənubi Qafqaza müdaxilə cəhdlərindən əl çəkib öz gələcəyi barədə düşünməsi daha uyğundur. Məlum olduğu kimi, bu gün neokolonist siyasəti ilə nifrət qazanan Fransa hakimiyyətindən bir çox ölkələr narazıdır. Rəsmi Paris bütün bunları nəzərə alıb hərəkət etsə, bəlkə bu bataqlıqdan xilas ola bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".