İranın növbəti təxribatının üstü açıldı
Digər xəbərlər

İranın növbəti təxribatının üstü açıldı

Aprelin 22- İranın Qum şəhərində həbs edilən "Hüseyniyyun"un rəhbərləri Tohid İbrahimbəyli Orxan Məmmədov azadlığa buraxılıb. Bu proses Azərbaycan tərəfinin artıq bir neçə dəfə Tehrana müraciət edərək sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etdikdən sonra baş verib. Əslində molla rejiminin özünün yaratdığı terrorçu qruplaşmanın aparıcı qüvvələrinin Bakıya qaytarılacağı əvvəlcədən real görünmürdü.

Doğrudur, "kərimə dövləti"nin qurulması barədə çağırış edən iki azərbaycanlı həbs ediləndə belə bir fikir formalaşdı ki, rəsmi Tehran son zamanlar Azərbaycanla siyasi gərginliyin azaldılması istiqamətində səylər göstərir artıq Bakının müəyyən istəklərini yerinə yetirməyə başlayıb. Amma nəzərə alsaq ki, Tehran rejimi "Hüseyniyyun"un rəhbərlərini formalaşdırmaq üçün illər sərf edib, silahlandırıb, nəzəri praktiki təlimlər keçib, Azərbaycan əleyhinə ideoloji cəhətdən hazırlayıb, bir sözlə, pul vaxt sərf edib, onda bu prosesin gözdən pərdə asmaq xarakterli olduğu ortaya çıxır.

Eyni zamanda, "kərimə"çilərin uzun müddət həbsdə saxlanılması ya Azərbaycana təhvil verilməsi İranın 40 ildir formalaşdırdığı "şiələrin" müdafiəçisi təbliğatını tamamilə məhv edə bilərdi. Bu isə sözsüz ki, regionda molla rejimini dəstəkləyən bütün hərbi qruplaşmalar arasında etimadsızlığın meydana gəlməsi ilə nəticələnəcəkdi.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, "Hüseyniyyun" Azərbaycan Respublikasında islam dövləti qurmaq hədəfi ilə SEPAH-ın Qüds briqadası tərəfindən yaradılan terrorçu qruplaşmadır təlimatı da birbaşa onlardan alır. Yəni sözügedən qruplaşmanın üzvləri ilə bağlı proseslər İslam İnqilabı Keşikçiləri Korpusunun məxfi planlarının ifşa olunması ilə nəticələnə bilər. Odur ki, Tohid İbrahimbəyli Orxan Məmmədovun həbsdən azad edilmələri SEPAH-ın istəyi əsasında baş tutub.

"Hüseyniyyun"un "rəhbərləri" barədə yeni plan isə onların Livan, Suriya kimi ölkələrə göndərilməsi gərginlik səngiyəndən sonra yenidən İrana qaytarılması ola bilər. Bu müddətdə onları əvəzləyəcək şəxslərin ortaya çıxması da istisna deyil. Çünki cənub qonşumuz həmin şəxsləri azad edərək bundan sonrakı mərhələdə "Huseyniyyun"u dəstəkləyəcəyini elan etdi.

Bu isə onu deməyə əsas verir ki, molla rejimi atdığı addımlarla Azərbaycanla arasında sakitliyin əldə edilməsini çətinləşdirir. Hazırda rəsmi Bakı regional sülh sabitliyin təmin edilməsi üçün istənilən konstruktiv danışıqlara getməkdə maraqlı olsa da, Tehranın nümayişkaranə şəkildə "kərimə"çiləri azad etməsi növbəti təxribat risklərini gündəmə gətirir. Etimadın olmadığı siyasi mühitdə isə Azərbaycanla İran münasibətlərinin normallaşdırılmasından söhbət gedə bilməz.

Jalə QASIMZADƏ,

"Respublika".