İcma: Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi fransız səfiri yaman mütəəssir edib
Siyasət

İcma: Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi fransız səfiri yaman mütəəssir edib

Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, separatçılığa, "boz" zonaya son qoyması fransız səfiri yaman mütəəssir edib. Amma fransız səfir açıq-aşkar ünvanları səhv salır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Fransanın Ermənistandakı səfirinin böhtançı açıqlaması ilə əlaqədar açıqlamasında yer alıb.

Bildirilib ki, işğalçı ölkə vaxtilə dünyanın 40-dan çox ölkəsini işğal etmiş, indi də müxtəlif dənizaşırı əraziləri müstəmləkə asılılığında saxlayan, daim işğalçı müharibələr aparmış Napoleonun 200 illiyini böyük təmtəraqla qeyd edən Fransadır.

Səfirin və Avropa İttifaqının Ermənistandakı missiyasının baş çəkdiyi ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və Ermənistanın deportasiya etdiyi torpaqlardır. Lakin fransız səfir Azərbaycana və azərbaycanlılara nifrətinə, səlibçi mentalitetinə görə heç vaxt bu kimi məqamlara toxunmayacaq.

"Əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini 21-ci əsrdə Paris muzeylərində saxlayan riyakarların ittihamlarını qətiyyətlə rədd edirik", - deyə açıqlamada qeyd olunub