Haqqıdır, haqqa tapan, millətimin istiqlal!..
Məktublar

Haqqıdır, haqqa tapan, millətimin istiqlal!..

Türkiyə Prezidentinin andiçmə mərasimi fonunda düşündüklərim

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq,

Sönmədən yurdumun üstündə yanan ən son ocaq.

O mənim millətimin ulduzudur, parlayacaq,

O mənimdir, o mənim millətimindir ancaq.

Çatma, qurban olum, çöhrəni ey nazlı hilal!

Qəhrəman xalqıma bir gül! bu şiddət, bu cəlal?

Sənə olmaz tökülən qanlarımız sonra halal...

Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

O gün möhtəşəm İstiqlal Marşının bu qürurgətirici misraları, könül oxşayan, ahənrüba musiqisinin dalğaları ətrafa yayıldıqca milyonlarla televiziya tamaşaçısı kimi, mənim qəlbimi dağa döndərirdi. Al rəngli, hilallı türk bayrağı dalğalandıqca qulaqlara pıçıldadığı qəhrəmanlıq, şücaət, igidlik nəğməsi Türkiyənin baş kəndi Ankaradan səmum yeli ilə uçub Qara dənizin dalğalarına qarışır, sahil-sahil aşıb ünvanına çatırdı. O gün türkün tarixi əzəmətinin növbəti nümayişi idi. Bir əsrdən bəri səslənən bu himn, dalğalanan bu al bayraq ölməz Atatürkün yadigarıdır bizlərə. Qurduğu, miras qoyub getdiyi dövlətlə birgə. Hələ Türk Cümhuriyyəti qurulmazdan əvvəl dövlət himni üçün yazılmış müsabiqəyə təqdim edilmiş 724 şeir içərisindən seçilmiş Məhməd Akif Ərsoyun "Bizim qəhrəman ordumuz" adlı şeiri 1921-ci il martın 12- parlamentdə oxunmuş himn üçün qəbul olunmuşdu. Az sonra Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör ona musiqi bəstələmişdi. O gün Atatürk varislərinin hesabat günü idi. Onun yüz il əvvəl qurduğu dövlətin ikinci yüz ildə məsuliyyətini öz üzərinə götürən Türkiyənin 13- Prezidentinin and içdiyi gün idi: 3 iyun 2023- il.

"Cümhurbaşqanı sifətilə dövlətin varlığı müstəqilliyini, Vətənin millətin bölünməz bütünlüyünü, millətin qeyd şərtsiz müstəqilliyini qoruyacağıma, Konstitusiya qanunlarının üstünlüyünə, demokratiyaya, Atatürk prinsip inqilablarına layiqli cümhuriyyət prinsipinə bağlı qalacağıma, millətin hüzur rifah, milli həmrəylik ədalət anlayışı içində hər kəsin insan haqlarından təməl azadlıqlarından yararlanması ideallarından ayrılmayacağıma, Türkiyə Cümhuriyyətinin şan şərəfini qorumaq, yüksəltmək üzərimə götürdüyüm vəzifəni qərəzsiz yerinə yetirmək üçün bütün gücümlə çalışacağıma böyük türk milləti tarix qarşısında namus şərəfimlə and içirəm". Rəcəb Tayyib Ərdoğan deyirdi bunları. Sanki bir şeir söyləyirmiş kimi söyləyirdi bu kəlmələri, öz təbinə uyğun, şeir, söz, sənət vurğunu Ərdoğan. Biz artıq onun bu xüsusiyyətinə çoxdan bələdik, çünki özünə qardaş, dost bildiyi bu məmləkətin tədbirlərinin çoxunda söylədiyi şeirlərin hətta bəzilərində qıcıq, hiddət yaratdığını da yaxşı xatırlayırıq. Ərdoğan hələ 1998-ci ildə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olduğu vaxtlarda "32. Gün" proqramına verdiyi müsahibədə hər şeirin bir mesaj olduğunu söyləmişdi: "Əslində hər şeir bir mesajdır. Mesajı olmayan bir şeir yoxdur. Amma o mesajı oxumaqla da daha təsirli hala gətirirsiniz. Olay budur. şeirlər sadəcə, bir qarnütür olsun deyə yazılmamışdır. Hər şeirin özüylə, ruhuyla həm bir cəlbediciliyi, cazibəsi vardır. O cazibə toplumu istədiyiniz nöqtəyə qədər çəkməyə yetər".

Ərdoğan çox zaman məhz mesajlarını şeirlə çatdırmağa üstünlük verir. İstər daxili, istərsə kənar qüvvələrə. O qüvvələrə ki, türk dövlətinin varlığına xələl gətirmək istəyir, ara qarışdırır, milləti üz-üzə qoymağa çalışır, Türkiyəni dünyanın gözündən salmaq üçün əlindən gələni edir. Siyasət meydanına qatıldığı gündən məzlumun haqqına girənlərə, qan tökənlərə qarşı savaşan türk liderinin dünyada artan nüfuzundan narahat olub onu "diktator" kimi qələmə verməyə çalışanlara da mesajını astaca-ustaca şəkildə ünvanlayır, ədalətin olduğunu anladır, demokratiya dərsi verir. Mayın 28- onun qələbəsi ilə başa çatan ikimərhələli prezident seçkiləri Türkiyəni dünyaya bir daha demokratiyanın beşiyi kimi tanıtdı. Elə andiçmə mərasimində hər kəs hər şeyi gözəl anladı, hər kəs payını götürdü.

Möhtəşəm dövlət himni səsləndikdən sonra dünya liderlərinin, hökumət başçılarının cəm olduğu salona çökən sükutu daha bir doğma melodiya pozur. Türk döyüşçülərinin ordu marşı - "Mehtər marşı". Qulaq kəsilib dinləyirdim. Nədən danışırdı? Türk əsgərinin qəhrəmanlığından. Tarixdə qalmış həlledici döyüş səhnələri göz önünə gəlirdi. Azərbaycanlı türk əsgərlərinin birgə savaşdığı Çanaqqala döyüşünü xatırladırdı. Bu gün bütün dünyanı sarsıdan bir-biri ilə mübarizə apararaq ortalığı hərc-mərc meydanına çevirən qüvvələrə qarşı etiraz kimi səslənirdi. Bir zaman az qala cəhənnəmə çevrilən məmləkətimin, öz müstəqilliyi uğrunda döyüşən Azərbaycan xalqının köməyinə gələn Osmanlı türkünün atının ayaq səslərini, qəhrəman döyüşçülərinin hayqırtılarını duyurduq o musiqidə. Bir tarixi həqiqəti anladırdı bizə; o zaman Osmanlı türkü köməyimizə çatmasa idi, məhv olub gedəcəkdik. Fəqət, onun məhvi ilə Anadolu da təhlükə altına düşəcəkdi. Azərbaycanı xilas edən Anadolu özünün xilaskarı oldu. Deyirlər, dağ dağa qovuşmaz, ancaq o gün Ərciyəz dağı Qaf dağına qovuşur qovuşduqca da yüksəlirdi. Beləcə, "Mehtər marşı" bu anları təkrar-təkrar xatırladır, yada salırdı. Bu məqamda daha bir faktı qeyd etməyi lüzum bildim. Türklərin Avropada heyranlıq yaratdıqları illərdə "Mehtər marşı"ndan ilhamlanan dahi Volfqanq Amadey Motsart, 1783- ildə 11 nömrəli piano sonatasının üçüncü hissəsində "Rondo alla Turca" (Türk marşı) bəstələmişdi. Bu bəstə hələ Türkiyə Respublikasının xüsusi tədbirlərində səsləndirilməkdədir. Onu da deyək ki, Lüdviq van Bethoven "Türk marşı" bəstələyib. Budur, türkün, onun əsgərinin gücü!.. Dini dinimizdən, dili dilimizdən olmayanların türkün qüdrətinə heyranlığının ifadəsi...

O gün bizə qürur yaşadacaq anlar çox oldu. Dosta güvən, düşmənə göz dağı oldu, iki qardaş ölkənin qardaşcasına görüşü çoxlarının gözünü qaraltdı. Bu məqamda daha bir epizodu xatırladım. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son iclaslarının birində Ermənistanın baş naziri N.Paşinyanın: "Türkiyə Azərbaycana dəstək göstərir", - iradına cavab olaraq Belarus prezidenti Aleksandr Lukaşenkonun: "Burada qeyri-adi var ki, onlar dost qardaşdırlar. Bax, Rusiya da bizə dəstəkdir, çünki biz dost qardaşıq", - sözləri məlum həqiqəti təsdiqləyirdi: Azərbaycan-Türkiyə əbədi qardaşdır... qardaş olaraq sevinirik Türkiyənin uğurlarına. Bu, sadəcə bir seçki mübarizəsi deyildi, haqqın savaşıydı. Haqq da qazandı: Gözün aydın, Türkiyə! Gözün aydın, Azərbaycan! Gözün aydın, Türk dünyası!..

Dalğalan sən şəfəqlər kimi ey şanlı hilal!

Olsun artıq tökülən qanlarımın hamısı halal.

Əbədiyyən sənə yox, xalqıma yox bil ki, zaval:

Haqqıdır, hür yaşamış, bayrağımın hürriyyət;

Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

Zümrüd QURBANQIZI,

"Respublika".