GUAM-a üzv ölkələrin XİN başçıları Stokholmda görüşəcəklər
Siyasət

GUAM-a üzv ölkələrin XİN başçıları Stokholmda görüşəcəklər

Dekabrın ilk günlərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata - GUAM-a üzv dövlətlərin xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulub.

GUAM-ın Milli Əlaqələndiricilər Şurasından AZƏRTAC-a bildiriblər ki, quruma üzv ölkələrin Xarici İşlər Şurasının növbəti görüşü dekabrın 2-3-də İsveçin Stokholm şəhərində ATƏT Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutacaq.

Görüşdə GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, koronavirusa qarşı birgə mübarizə, Malların mənşəyinin müəyyənləşdirilməsi qaydaları barədə Protokolun imzalanması, beynəlxalq təşkilatların GUAM-la əməkdaşlığı, GUAM nəqliyyat dəhlizinin texniki və iqtisadi əsaslandırılmasının həyata keçirilməsi, Avropa İttifaqının bu prosesə dəstəyi, quruma üzv ölkələr arasında azad ticarət zonasının yaradılması məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

AZƏRTAC