Gədəbəydəki qızıl yatağını istismar edən şirkət bəlli oldu
Digər xəbərlər

Gədəbəydəki qızıl yatağını istismar edən şirkət bəlli oldu

GədəbəydəkiSöyüdlüqızıl yatağını istismar edən şirkətlə bağlı son günlər müxtəlif fikirlər səsləndirilir. Həmin şirkəti ölkədə bəzi şəxslərin adı ilə bağlamaq cəhdləri müşahidə edilir. Redaksiyamız tərəfindən şirkətlə bağlı əldə olunan məlumatlardan aydın olur ki, belə cəhdlər real faktlara əsaslanmır.

Əslində, "Söyüdlü" qızıl yatağı Böyük Britaniyada qeydiyyatdan keçmiş "Anqlo-Asian Mining" şirkəti tərəfindən istismar olunur. Əsas payçısı İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus  "R.V.İnvestment Group Services, LL USA" şirkətidir. "Anglo Asian Mining" şirkəti ölkəmizin 8 qızıl yatağının (Gədəbəy, Qoşa, Ordubad qrupu (Şəkərdərə, Misdağ, Ağyurt, Piyazbaşı, Diakçay), Söyüdlü, Qızılbulaq Vejnəli perspektivli qızıl yataqları) işlənməsi layihəsinin operatorudur.

Müstəqilliyin ilk illərində bu şirkətin Azərbaycandakı qızıl yataqlarının istismarına cəlb edilməsinin iqtisadi əsaslardan daha çox, siyasi əhəmiyyəti olub. ABŞ-ni keçmiş Qarabağ münaqişəsinin həllində daha aktiv iştiraka sövq etmək məqsədi daşıyıb.

Qızıl yatağının öyrənilməsi istismarı əsasən üç mərhələyə ayrılır. Sonuncu dəfə yatağın öyrənilməsi istismarı "Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlu, Qızılbulaq Vejnəli perspektivli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi hasilatın pay bölgüsü haqqında" 1997-ci il tarixli Sazişin şərtlərinə uyğun olaraq aparılıb. Sonra isəR.V. İnvestment Group Services, LLCşirkəti ilə bağlanmış Sazişdə dəyişikliklər edilib 2022-ci il iyulun 5- təsdiqlənib. Həmin dəyişikliyə əsasən 882 kvadratkilometr sahə kontrakt sahəsinə daxil edilib. Əlavə edilmiş kontrakt sahəsinin əsas hissəsi Gədəbəy rayonu ərazisini əhatə edir.

Qeyd edək ki, hazırda Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya Gədəbəydə baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Aparılan monitorinqlər vəziyyətin qiymətləndirilməsi çərçivəsində "Anglo Asian Mining" şirkətinin  məsuliyyət dairəsi müəyyən ediləcək.

Respublika”.