Fransanın anti-Azərbaycan siyasəti səngimək bilmir
MÜSAHİBƏLƏR

Fransanın anti-Azərbaycan siyasəti səngimək bilmir

Bu gün Azərbaycan təkcə regionda yox, həmçinin beynəlxalq arenada öz gücü, çəkisi sözü olan ölkədir. Ölkəmizin etibarlı tərəfdaş olması, apardığı uğurlu xarici daxili siyasət bunu deməyə əsas verir. Tarixə adımızı qızıl hərflərlə yazdırdığımız cəmi 44 gün ərzində əldə etdiyimiz möhtəşəm qələbəmiz bütün dünyaya səs saldı. Lakin bir sıra dövlətlər ölkəmizin bu qələbəsindən narahatdır. Gündən-günə artan nüfuzumuz, dünya ölkələri ilə bağlanılan strateji tərəfdaşlıq müqavilələri Azərbaycanın gücünə güc qatır. Qısqanclıq siyahısında baş rolda isə elə Hayastanın "bacısı" Fransa çıxış edirBiz bunu açıq şəkildə Fransa Senatının münasibətində gördük.

Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının "Region Beynəlxalq Analitik Mərkəzi"nin sədri, Milli Məclisin deputatı, politoloq Razi Nurullayev bildirir ki, bu gün Azərbaycanın ərazi bütövlüyünə yalnız qonşu dövlətlər tərəfindən təhdid  törədilmir, həmçinin digər ölkələrin ciddi basqılarıyla üz-üzəyik. İran cənubdan, Fransa isə həm erməni lobbisinin təsiri altında, həm özünün Cənubi Qafqaz maraqları ucbatından Azərbaycana təhdidlər edir: "Avropa Parlamentində qəbul olunan Azərbaycana qarşı qətnamələrin əsas müəllifləri elə erməni əsilli fransalı deputatlardır. Fransanın Milli Assambleyasında da  zaman-zaman anti-Azərbaycan qətnamələri yayımlanıb. Bütün bunlar hamısı Fransanın elə İran qədər Azərbaycana qarşı düşmən siyasəti apardığının göstəricisidir. İran bizimlə qonşudur, sərhədləri bölüşürükBuna görə İranın həmlələri daha ciddi qəbul edilir. Amma Fransa uzaq olduğundan onun həmləsini elə hiss etmirik, lakin o da bizə açıq düşmənçilik siyasəti aparır.

Azərbaycan indi daha güclüdür, həmçinin regionda ölkəmizin mövqeyini dəstəkləyən dost ölkələr var. Bu baxımdan biz həmin ölkələrlə bizə göstərilən münasibətə uyğun rəftar edirik. Demək olar ki, Fransanın bütün mənalarda cavabı verilir. Ötən günlərdə Milli Məclisin iclaslarında həm İranın, həm Fransanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətinə qarşı bəyanat verildi. Parlamentin mövqeyini bir daha onlara bildirdik. Biz  onlardan fərqli olaraq həm Fransaya, həm İrana olan münasibətimizdə dözümlülük    müdriklik nümayiş etdiririk. Zəif dövlətlər xalqlar təhqir aşağılayıcı hərəkətlərdən istifadə edir. Biz bunu Fransanın, həm İranın timsalında görə bilirik. Fransanın çox böyük tarixi keçmişi var. Özlərini dünyanın ən demokratik ölkələri kimi hesab edirlər, amma bununla belə, həm necə deyərlər, antidemokratik fəaliyyət nümayiş etdirirlər. Amma bütün bunlara baxmayaraq, Fransa rəsmilərinin, eyni zamanda siyasi elitasının Azərbaycanla bağlı dillərinə gətirdikləri ritorika qəbuledilməzdir bunu şiddətlə pisləyirik".

Qeyd edək ki, hazırda Fransada yaşayan ermənilərin çoxluğu regionda tarix boyu tabelikdə olmuş ölkə kimi Ermənistan ön plandadır. Buna görə Fransa Hayastanın "bacılığı" sadəcə siyasi maraqlara əsaslanır. Lakin qeyd etmək yerinə düşər kiHayastanın tarix boyu riyakar öz maraqlarına əsaslanan hərəkətləri göz önündədir. Həmçinin son dövrlər Ermənistanda anti-Rusiya aksiyaların artması Qərbə yönəlməsi bunun açıq nümunəsidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".