Fərid Şəfiyev: Azərbaycana qarşı törədilən soyqırımı hadisələrini dünya ictimaiyyətinə çatdrmaq işmizi davam etdirməliyik
Gündəm

Fərid Şəfiyev: Azərbaycana qarşı törədilən soyqırımı hadisələrini dünya ictimaiyyətinə çatdrmaq işmizi davam etdirməliyik

Son vaxtlar Azərbaycana qarşı intellektual müharibə ilə əlaqədar olaraq biz Ermənistan tərəfindən təkcə 35 il ərzində ölkəmizə və mülki əhaliyə qarşı törədilən cinayətləri, soyqırımı hadisələrini bir daha dünya ictimaiyyətinə çatdrmaq işmizi davam etdirməliyik.

"Respublika"  xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı ingilis dilində hazırlanan hesabatın sentyabrın 28-də təqdimatı zamanı deyib.

BMTM-nin sədri diqqətə çatdırıb ki, bu istiqamətdə kitabların yazılması və hesabatların hazırlanması işi davam etdirilməlidir.

O, Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin dəstəyi ilə ingilis dilində hazırlanan hesabatı məqsədəuyğun hesab edib.