Əsəd Abdurrahmanov:
MÜSAHİBƏLƏR

Əsəd Abdurrahmanov: "İstəklərimiz həyata keçirilməsə, dinc aksiyamızı davam etdirməyə hazırıq"

Artıq 138 gün idi ki, dinc aksiyamız davam edirdi. Aprelin 23- Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Laçın-Xankəndi yolu üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə biz öz dinc aksiyamızı müəyyən müddətlik sonlandırırıq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə məxsusi müsahibəsində ASAN Könüllülər Təşkilatının könüllüsü Əsəd Abdurrahmanov söyləyib.

"Ancaq bizim istəklərimiz həyata keçirilməsə, dinc aksiyamızı yenidən davam etdirməyə hazırıq", - deyə o bildirib.