Ermənilər Amasiya ərazisinə qonaq kimi gəlmişlər
Sosial həyat

Ermənilər Amasiya ərazisinə qonaq kimi gəlmişlər

Azərbaycan xalqına dəfələrlə amansız divan tutmuş erməni millətçiləri dünya ictimaiyyətinin diqqətini əsl həqiqətlərdən yayındıraraq öz yaramaz əməllərini xalqımızın adına yazmaqda davam edir. Hayların "miatsum" xəstəliyinə əlac tapılmır ki, tapılmır. Əslində torpaq zəbt etmək iddiası ilə özünü oda-közə çırpan faşist xislətli ermənilər iki yüz il haradasa məskunlaşmaq üçün dəridən-qabıqdan çıxmışlar. Nəhayət, "əzabkeş ermənilər" İrandan, Türkiyədən axın-axın Qərbi Azərbaycan ərazisinə toplaşdılar. Bu "əzabkeşlərin" məqsəd və məramı yerli azərbaycanlılara aydın deyildi. Ermənilər tərəfindən xalqımıza qarşı müxtəlif illərdə qanlı faciələr törədildi. Bunun üçün erməni millətçiləri tarix boyu tökülən qanların baisi kimi məsuliyyət daşıyacaqlar.

Qərbi Azərbaycanın qədim yaşayış ərazilərindən biri də Ağbaba və Şörəyel nahiyyəsində yerləşən Amasiya rayonu olub. Qarlı dağlar, atlas geyimli yamaclar, "Arpa" çayının nəğməli sahilləri bu qədim yurd yerimizə xüsusi yaraşıq verirdi.

Amasiya rayonu Ermənistan Respublikasının şimal-qərbində inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Ərazisi 614 kvadratkilometr olub. 1920-ci ilə kimi İrəvan quberniyasının Aleksandropol qəzasının Ağbaba nahiyyəsinə, 1920-1930-cu illərdə isə Ermənistan SSR-in Aleksandropol qəzasına (1924-cü ildən Leninakan) daxil idi. Amasiya şəhər tipli qəsəbə idi. Rayonun ərazisi Türkiyə, Gürcüstan və Ermənistan Respublikasının Düzkənd (Axuryan) və Qızılqoç (Qukasyan) rayonları ilə həmsərhəd olub. Rayon mərkəzi ilə İrəvan şəhəri arasında məsafə 148 kilometrdir. Ən yaxın dəmiryol dayanacağı 28 kilometr məsafədə yerləşən Gümrü (Leninakan) stansiyası idi.

Amasiya rayonunda 40 kənd mövcud idi. Alakilsə, Baxşalı, Balıqlı, Bozqala, Böyük Təpəköy, Çaxmaq, Çaybasar, Çivinli, Daşkörpü, Düzkənd, Ellərkənd, Əzizbəyov, Çöllü, Güllübulaq, Güllicə, Xançallı, Qarabulaq, Qaraməmməd, Qızıldaş, Quzukənd, Oxçuoğlu, Sultanabad, Təzəkənd, Yeni yol, Söyüdlü və digər kəndlərdə azərbaycanlılar yaşayırdılar.

1988-ci il yanvar ayının məlumatına görə, Amasiya rayonunda 1 şəhər tipli qəsəbə olub. Qəsəbə qərbi Arpaçay çayının (indiki Axuryan) sağ sahilində, Gümrü şəhərindən 18-20 kilometr şərq-qərbdə yerləşir. Əvvəllər Amasiyanın əhalisi tam türklər olub, haylar bura qonaq kimi gəlib. Ermənilər şeytan cildinə girərək özlərini yazıq, kimsəsiz bir millət kimi qələmə veriblər. Çoxları bir parça çörək üçün müsəlmanların həyət-bacalarında ilxıçı, nökər olublar. Sonralar isə...

İllər bir-birini əvəz edib, ermənilər get-gedə azğınlaşıb, həmişə azərbaycanlılara qarşı xəyanət toru hazırlayıblar, musiqimizi adlarına çıxıb, hər yerdə milli mətbəximizi özlərininki kimi təqdim ediblər.

1918-1920-ci illərdə Qərbi Azərbaycandakı bütün soydaşlarımız kimi, amasiyalılar da ermənilərin xəyanəti ilə üzləşmiş, hayların hücumlarına məruz qalmış, xeyli itkilər vermiş, sağ qalanlar İran, Türkiyə və digər təhlükəsiz ərazilərə sığınmağa məcbur olmuşlar. Qərbi Azərbaycanda, Ermənistan Respublikasında 1920-ci ilin noyabrında sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildə amasiyalıların bir hissəsi ata-baba torpaqlarına qayıtmışlar. Türkiyə ərazisində qalanlar da az olmamışdır.

Amasiyalılar doğma yurdlarına qayıtdıqdan sonra onlar dağıntıları bərpa etmiş, ayrı-ayrı sahələrdə quruculuq işlərinə başlamışlar.

1930-cu ildən yeni qurulmuş Amasiya rayonu inzibati mərkəzə çevrilir və bundan sonra bu ərazilərdə ermənilər də (haylar) yaşamağa başlayır. Sonralar qəsəbə statusu alan Amasiyada südçülük-heyvandarlıq sovxozu, yağ-pendir zavodu, yerli sənaye kombinatı, elektrik dəyirmanı fəaliyyətə başlayır. Əhali əkinçiliklə məşğul olur. Burada iki, üç və çoxmərtəbəli daş evlər, xəstəxana, aptek, uşaq bağçası, körpələr evi, mehmanxana, orta məktəb, mədəniyyət evi, kinoteatr, baytarlıq məntəqəsi də fəaliyyət göstərir.

Amasiya rayonunun ərazisində həmişə türklər (azərbaycanlılar) yaşamışlar. Erməni mənbələrində onlar qarapapaqlar, müsəlman və türk adlandırılmışlar. Rayonun ərazisinə ermənilər yalnız 1918-1920-ci illərdə yerləşdirilmişlər. 1979-cu ildə rayonun 22371 nəfər əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil etmişdir.

Rayonun relyefi dağlıq, iqlimi sərt, qışı qarlı və uzunmüddətlidir. Ermənistanda və bütün Qafqazda ən soyuq yer rayonun Sultanabad kəndidir. Ən böyük çayı Qərbi Arpaçay (indiki Axuryan) çayıdır. Ərazisi bulaqlarla zəngindir. Arpaçay mənbəyini Arpa gölündən götürür.

Birinci Dünya müharibəsi zamanı rayonun əhalisi qaçqın həyatı yaşamağa məcbur olmuş, bu dövrlərdə "Daşnaksütyun" partiyasının silahlı qüvvələri Amasiyadakı azərbaycanlıların xeyli hissəsini qıraraq kəndlərini yandırmışlar.

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra erməni vandalları azərbaycanlılara qarşı düşmən münasibətlərini müxtəlif formalarda davam etdirmişlər. Minlərlə amasiyalı repressiya qurbanı olmuşdu. Bir hissəsi güllələnmiş, bir hissəsi isə Sibirə, Qazaxıstana və başqa bölgələrə sürgün olunmuşdur.

İkinci Dünya müharibəsi zamanı (1939-1945) rayonun türk (azərbaycanlı) əhalisindən 1767 nəfər cəbhəyə getmiş, onlardan 888 nəfəri ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

1965-ci ildən sonra Ermənistan SSR-in başqa bölgələrində olduğu kimi, Amasiya rayonunda da türk kəndlərinə qarşı ayrı-seçkilik siyasəti yeridilməyə başlandı. Rayonda işləyən milli kadrlar tədricən ermənilərlə əvəz edildi. Amasiya rayonunda 60 il ərzində rayon partiya komitəsinin birinci katibləri olan Əli Məmmədov, Hüseyn Məmmədov, Həbib Həsənov, Cahangir Əliyev, Məhərrəm Bayramov, Zərbəli Qurbanov, İldırım Bağırov və başqaları həmişə erməni təbliğatının qarşısına sipər çəkmişlər.

1988-ci ildə "əzabkeş" ermənilər Qərbi azərbaycanlılara qarşı mənfur daşnak siyasətinin ən qəddar mərhələsini həyata keçirmişlər. Bütün soydaşlarımız kimi, amasiyalılar da deportasiyaya məruz qalmış, Mixail Qorbaçovun ermənipərəst mövqeyi ucbatından doğma torpaqlarını məcburən tərk etmiş, "Arpa" çayının nəğməli sahillərindən ayrılmışlar. Amasiyalılar əmindirlər ki, XXI əsrin qarşıdakı illərində Paşinyan və onun riyakar komandası istəsə də, istəməsə də qəribsəmiş yurd yerlərinə dönəcəklər. Haqq-ədalət bizim tərəfimizdədir...

Qədir ASLAN,

"Respublika".