Ərəb mediası AZƏRTAC-ın “Azərbaycanı Zəfərdən-Zəfərə aparan yollar
Digər xəbərlər

Ərəb mediası AZƏRTAC-ın “Azərbaycanı Zəfərdən-Zəfərə aparan yollar" sərlövhəli məqaləsinin tam versiyasını yayımlayıb

Ərəb mediası AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının və UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanovun "Azərbaycanı Zəfərdən-Zəfərə aparan yollar" sərlövhəli analitik məqaləsini yayımlayıb.

AZƏRTAC xəbər verir ki, məqalənin ərəb dilində tam versiyası Misirin nüfuzlu "Cümhuriyə" qəzetində, "Aldiplomasi", "Asiaelyoum", "Rayetmısr" informasiya portallarında, Küveytin "Dasmannews" nəşrində, Əlcəzairin "Əl Hərir" portalında, İordaniyanın "Əl Ənbat", "Oroba" və "Cohina" qəzetlərində dərc olunub.

Qeyd edək ki, məqalədə 44 günlük Vətən müharibəsində şanlı Qələbənin memarı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həm hərb meydanında, həm də informasiya cəbhəsində və diplomatiya müstəvisində apardığı yorulmaz mübarizədən, dövlətimizin başçısının milli maraqlara söykənən müdrik siyasətindən, nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqedən bəhs olunub, müəllifin bu kontekstdə şərh və düşüncələri yer alıb.

 AZƏRTAC