Ərdoğan Cənubi Koreyanın XİN rəhbəri Jini qəbul edib
Dünya xəbərləri

Ərdoğan Cənubi Koreyanın XİN rəhbəri Jini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyanın xarici işlər naziri Park Jini paytaxt İstanbulda qəbul edib.

"Respublika" "Daily Sabah"a istinadən xəbər verir ki, bağlı qapılar arxasında keçirilən görüş dünyanın ən böyük müdafiə tədbirlərindən biri olan 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF) çərçivəsində keçirilib.

Ərdoğan Park Jinin yarmarkaya səfərindən məmnunluğunu ifadə edib və Cənubi Koreya prezidenti Yoon Suk Yeola dəvət göndərib. Xarici işlər naziri Türkiyənin siyasət, enerji, müdafiə sənayesi, iqtisadiyyat və ticarət daxil olmaqla, bir sıra sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istədiyini bildirib.

Qeyd edək ki, nazir Türkiyəyə üç günlük səfərdədir və burada ikitərəfli əlaqələri, cari regional və qlobal hadisələri müzakirə etmək üçün xarici işlər naziri Hakan Fidanla da görüşəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".