Əczaçılarımıza minnətdaram
Sosial həyat

Əczaçılarımıza minnətdaram

Mən 2014-cü ildə Türkiyənin "Florence Nightingale" klinikasında mürəkkəb cərrahi əməliyyat keçirmişəm və 2015-ci ildən bu günə kimi Avropada tanınmış professor Yaşar Sümer Yamanevin təyinatı əsasında müalicəmi davam etdirirəm.

Müalicə zamanı təyin olunan dərman preparatlarının əldə olunmasında isə "Maymed - AVİS" MMC Tibbi Marketlər Şəbəkəsinin xidmətindən istifadə edirəm. Belə ki, təyin olunmuş dərmanların əldə edilməsində "Avis" aptekləri köməyimə çatır.

Onu qeyd edim ki, "Maymed - AVİS" 2004-cü ildə cəmi bir şöbə ilə fəaliyyətə başlayıb. Hazırda 8 şöbəsi var və 4 istiqamətdə fəaliyyət göstərir: aptek, tibbi market, optika və eşitmə mərkəzi. "Avis" Tibbi Marketlər Şəbəkəsində kimyəvi tərkibi olmayan dərmanlar, müalicəvi kremlər, dezodorantlar, parfümeriya, uşaqlar üçün məhsullar, uşaq aksesuarları və s. tibbi məhsullar satılır.

Məqsəd insanların sağlamlığının bərpa olunması və qorunması istiqamətində onlara yardımçı olmaqdır. "Avis" Tibbi Marketlər Şəbəkəsinin təşkilatçılarına, onun hər bir üzvünə minnətdarlığımı bildirirəm. Burada satılan dərman preparatları neçə-neçə insanın şəfa tapmasına, ömrünün uzadılmasına səbəb olur. Alınan dərman preparatlarının ünvana çatdırılması xidməti də insanlar tərəfindən rəğbətlə qarşılanır. Bu xeyirxah, şərəfli işlərində "Avis" Tibbi Marketlər Şəbəkəsinin kollektivinə uğurlar diləyirəm. Həmçinin "Avis" apteklər şəbəkəsində çalışan savadlı və gülərüzlü kadrların göstərdiyi xidmətin keyfiyyətini xüsusi olaraq vurğulamaq istəyirəm.

Sabir MİRZƏYEV,

təqaüdçü.