Əbədiyaşar
Digər xəbərlər

Əbədiyaşar

Həsr edib ömür payını,

Xalq üçün məşəl oldunuz.

Yolumuza nur saçaraq,

Əbədiyaşar oldunuz.

Millətinin taleyinə,

Günəş kimi bərq vurdunuz,

Böyük, kiçik, hər bir kəsin,

Qəlbində məskən saldınız…

Sadalamaqla bitməyir

El yolunda xidmətiniz,

Unutmaz heç zaman Sizi,

Sədaqətli millətiniz…

Qurduğunuz azad dövlət,

Çox etibarlı əldədir,

Onu qoruyan rəhbərin,

Bütün diqqəti eldədir…

Firad FUADOĞLU.