Dövlət Komissiyası şəhidin nəşinin 31 il sonra tapılmasına dair yayılan məlumata münasibət bildirib
Digər xəbərlər

Dövlət Komissiyası şəhidin nəşinin 31 il sonra tapılmasına dair yayılan məlumata münasibət bildirib

Mətbuat nümayəndələrinin çoxsaylı sualları nəzərə alınaraq, I Qarabağ müharibəsində itkin düşdüyü bildirilən şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədinin 31 ildən sonra tapılması və ekshumasiya edilməsinə dair kütləvi informasiya vasitələrində yayılmış məlumatla bağlı tərəfimizdən araşdırma aparılıb.

Bu barədə “Respublika”ya  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

“Məlum olmuşdur ki, Həsənov Rəhman Əhliman oğlu 1992-ci ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşdə qəhrəmancasına həlak olmuş və nəşi elə həmin vaxt döyüş bölgəsindən götürülərək Laçın rayonu, Suarası kəndində dəfn edildiyi üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyat alınmamışdır. Bu günlərdə onun məzarının ətrafında yaxınları tərəfindən təmizlik və abadlıq işləri aparılmışdır.