DOST Naxçıvanda daha 70 şəxsi ödənişli ictimai işlə təmin edib
Digər xəbərlər

DOST Naxçıvanda daha 70 şəxsi ödənişli ictimai işlə təmin edib

DOST İş Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında daha 70 şəxs haqqı ödənilən ictimai işlə təmin olunub.

“Respublika” xəbər verir ki, Muxtar Respublikada “İşsizin dostu” proqramı çərçivəsində son iki ayda ödənişli ictimai işlə təmin edilən şəxslərin sayı artıq 370-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bununla bağlı DOST İş Mərkəzi ilə Culfa, Ordubad, Şərur, Şahbuz, Babək, Kəngərli rayon İcra Hakimiyyətləri və Naxçıvan MR-nın kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirlikləri, Meliorasiya və Su Təsərrüfatı ASC arasında sazişlər imzalanıb. Sazişlər əsasında işə götürülən hər kəslə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan şəxslər müxtəlif fəaliyyət sahələri üzrə işlə təmin edilməklə, həmin sahələrə aid ilkin peşə bacarıqları əldə etmək imkanı da qazanıblar.

“Respublika”