Dost bildiyimiz İran...
Digər xəbərlər

Dost bildiyimiz İran...

Azərbaycan Ordusunun Vətən müharibəsində işğalçı erməni qüvvələrini darmadağın etməsinin bölgədə geosiyasi üstünlük əldə olunmasının ardından İran İslam Respublikasının daxilində narahatlıq başladı. İranı narahat edən təkcə Azərbaycanın geosiyasi üstünlüyü yox, sərhəd xəttinin erməni işğalçılarından təmizlənməsi idi. Çünki bu yolla Qarabağdakı erməni separatçıları ilə  birgə qonşu ölkələrə tonlarla narkotik ötürən milyardlarla pul əldə edən İranın iyrənc əməllərinə son qoyuldu.

İran tarix boyu Azərbaycana qarşı xəyanətkar addımlar atıb. Azərbaycan xalqı əsrlər boyu fərqli xalqlarla birgə məskunlaşıb. Bu xalqlar arasında farslar da olub. Təəssüf ki, Azərbaycan xalqı dəfələrlə birgə yaşadığı farsların xəyanətlərinə uğrayıb. Fars xalqı Qacarların hakimiyyətinin son dönəmlərində Azərbaycan türklərinə xəyanət ediblər. Səfəvilərin Qacarların hakimiyyətlərinin axır vaxtlarında bu xalq digər dövlətlərin təsiri altına düşərək xain əməllərini davam etdirib. Farslar Böyük Britaniyanın köməyilə Qacarların hakimiyyətini süquta uğratdılar Pəhləvilər hakimiyyətə gəldiPəhləvi hakimiyyəti isə güney azərbaycanlılara qarşı sərt siyasət  yürütdü, hüquqlarını əllərindən aldı. Azərbaycan İranın molla rejimi dövründə bu vəziyyətin fərqli olacağını düşünsə , dəyişən heç olmadı. İran Azərbaycan Xalq Cümhuriyyətini tanımadıÇünki qacarlarda yüksək vəzifələri farslar tuturdu. Azərbaycan dövlətini tanımaq istəmədilər. Sonralar 1920-ci ildə İran AXC-ni tanıdı. Biz bu riyakarlığı, təəssüf ki, Birinci İkinci Qarabağ müharibələrində gördük. Sözdə Azərbaycanın bütövlüyünü dəstəklədiyini deyən İran hökuməti, əməldə Ermənistana dəstəyini əksik etmir.

Qarabağ münaqişəsinin davam etdiyi  30 ildə İran həmişə Ermənistana hərbi, maddi siyasi dəstək verib. Müharibə bitdikdən sonra da, İran iki ölkə arasında sülh yaranmasına mane olmaq üçün əlindən gələni edib. İranın bu əməlləri isə ölkənin özünü zavallı hala salır. Bu respublika son 40 ildə qatıldığı heç bir müharibədən qalib çıxmayıb. İran dövlətinin uğursuz xarici siyasəti yersiz arzuları ölkəni xalqı acınacaqlı hala gətirib çıxarır. Yəməndə, Bəhreyndə, Fələstində münaqişələrin 30-40 illik tarixi  var. Suriyada, Livanda 10 illərdir xaos, dağıntı davam edir. İran Azərbaycanda dini milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Lakin İran bilməlidir ki, onun daxilində 40 milyona yaxın azərbaycanlı var. Onlar özləri İrandaykən qəlbləri Azərbaycanda döyünən azərbaycanlılardır. Martın 11- İran İslam Respublikasına məxsus hərbi təyyarənin fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsi bir daha İranın Azərbaycana qarşı hansı niyyətdə olduğunu bəlli edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Müdafiə Nazirliyinin birgə bəyanatında bildirilib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat qeyri-dost davranışdır. Xatırladaq ki, İran tərəfi ötən il Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran son Vətən müharibəsinə qədər düşmənçilik siyasətini gizli şəkildə davam etdirirdisə, artıq açıq şəkildə bunu göstərir. Azərbaycan Ordusunun bugünkü imkan potensialı istənilən təxribatı ən qısa müddətdə layiqli şəkildə cavablandırmağa imkan verir. Ermənistan, İran onları dəstəkləyən istənilən ölkə Azərbaycana qarşı təxribat niyyətinə düşərsə, bunun onlar üçün ağır nəticələri olacaq. İran son davranışları ilə ermənidən daha təhlükəli düşmən olduğunu sübut etdi. Ancaq Azərbaycan istənilən düşmənə layiqincə cavab vermək iqtidarındadır.

Nəzrin CAVADZADƏ,

"Respublika".